Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Belarus Polşa ilə dostluq münasibətləri naminə tarixi inciklikləri dəf edib, lakin Varşava bunu zəiflik kimi qəbul edərək qiymətləndirməyib.
Elchi.az bu barədə Mk.ru-ya istinadən xəbər verir.
“Onların Belarus kəndlərinə toplardan atəş açdıqlarını, başqalarının məktəblərində belaruslu uşaqları çubuqlarla döydüklərini, Polşanın Bereza-Kartuzskaya konsentrasiya düşərgəsində belarusları, rusları və ukraynalıları necə ələ saldıqlarını unuda bilərsinizmi”,-deyə Lukaşenko bildirib.
Lukaşenkonun sözlərinə görə, Belarus xalqlar arasında dostluq naminə addım atmağa cəhd etdi.
Yeganə