"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Londonda Azərbaycan neftinə görə 700 milyon dollarlıq qalmaqal

20 Oktyabr 2014 - 15:12
in MANŞET
FacebookVatsap

68677_res_01Bu gün Londonda gürcü əsilli keçmiş rusiyalı diplomat Zaur Leşkaşeli ilə İsveçrənin “Credit Suisse” bankı arasında Azərbaycan neftinə görə qalmaqallı məhkəmə prosesi başlayır.

Bunu da oxuyun

İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

Sosial şəbəkələrdə kompensasiyaya dair yayılan informasiyalar saxtadır – BİRGƏ MƏLUMAT

Səudiyyə Ərəbistanında keçiriləcək DÇ-2034 2035-ci ilə keçirilə bilər

Virtualaz.org saytı “Businessweek” həftəliyinə istinadən xəbər verir ki, Zaur Leşkaşeli bankı Azərbaycanın qurudakı iri neft yataqlarından olan “Kürovdağ”ın ona məxsus 51 faizlik səhmlərini bazar dəyərindən az qala üç dəfə ucuz satmaqda ittiham edir.

İsveçrənin ikinci böyük bankı olan “Credit Suisse”ə qarşı iddia Zaur Leşkaşelinin iki şirkəti tərəfindən 2012-ci ildə təqdim edilib. Bu şirkətlər Azərbaycanın “Kürovdağ” yatağının işlənilməsi və hasilatı üçün Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə müştərək yaradılmış şirkətdə maraqlara malik olublar.

İddiadan məlum olur ki, bu şirkətlər vaxtilə böyük kredit alınması üçün İsveçrə bankında girov qoyulub. Bank isə kredit borclarının əvəzinə girov qoyulmuş “Caspian Energy Group” şirkətini satdıqdan sonra qiymətdən narazı qalan Leşkaşeli bankı müqavilə şərtlərini pozmaqda və səhlənkarlıqda ittiham edir.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunu olan və bir vaxtlar Rusiyanın Kubadakı səfiri işləyən, hazırda Londonda mənzillənmiş “Mayfair Energy Group” şirkətinin rəhbəri Z.Leşkaşvili deyir ki, o, “Kürovdağ” yatağında 51 faizlik payı 1995-ci ildə əldə edib. O vaxtdan etibarən yatağın inkişaf etdirilməsinə 100 milyon dollara yaxın kapital qoyub. 2006-cı ilin sonlarında o, yataqdakı payını satmaq qərarına gəlib.

Z.Leşkaşelinin bildirdiyinə görə, 2008-ci ildə “Credit Suisse Group AG”nin bankirləri onun şirkətini bazar dəyərindən xeyli aşağı qiymətə inquş əsilli rusiyalı oliqarx, “Russneft” şirkətinin sahibi Mixail Qutseriyevə bağlı olan şirkətə 245 milyon dollara satıb. Onun səhmlərinin alıcısı qismində Qutseriyevin qohumu, moskvalı biznesmen Mixail Şişxanovun adına qeydiyyatda olan “Berghoff Trading” offşor şirkəti çıxış edib.

Məhkəmə sənədlərindən belə aydın olur ki, Z.Leşkaşeli bankı Dubayda mənzillənmiş “Netoil”, Rusiyanın “Gazprom”, habelə “PetroVietnam” və polad maqnatı Lakşmi Mittala bağlı “Tata Petrodyne” kimi daha sərfəli müştərilərin onun şirkətini almaq üçün verdikləri təklifləri nəzərə almayıb. Üstəlik “Kürovdağ”ın M.Şişxanova satılmasından cəmi bir neçə ay sonra bu sövdələşmədə iştirak edən bankirlərdən biri M.Qutseriyevin şirkətində işə keçib.

“Kürovdağ” yatağı

Z.Leşkaşeli hesab edir ki, bankirlər Qutseriyevlə sövdələşməyə girərək onun şirkətini qəsdən ucuz satıblar.

“Mən “Credit Suisse”dən xeyli pul götürmüşdüm ki, neft sferasında investisiyalar proqramımı maliyyələşdirim. Lakin belə məlum olur ki, bank öz maraqlarını müştərinin maraqlarından üstün tutub. Bank öz kreditini geri almaq üçün mənim aktivlərimi məcburən ucuz satıb” – deyə 58 yaşlı Z.Leşkaşeli Londondan “Businessweek”ə açıqlamasında bildirib.

“Credit Suisse” isə iddianı rədd edir və məhkəməyə təqdim etdiyi ifadədə bildirir ki, “Caspian Energy Group” şirkətinin M.Qutseriyevə satışından əvvəl Z.Leşkaşeli üçün daha sərfəli və qəti təkliflər almayıb.

Mixail Qutseriyev

İsveçrə bankının London nümayəndəsi Vanessa Neill məhkəmə işi ilə bağlı şərh verməyib. Eləcə də Qutseriyevin “Russneft” şirkətindən situasiyanı şərh etməklə bağlı telefon zənglərinə cavab verməyiblər.

Z.Leşkaşeli bildirir ki, o, 2006-cı ildə şirkətini satmaq istəyəndə Britaniyanın “RPS Energy” konsaltinq şirkəti “Kürovdağ”dakı aktivlərin dəyərinin 536 milyon dollar olduğunu göstərib. 2007-ci ilin mayında isə aktivlərin bazar dəyəri 966 milyon dollara çatıb.

“Credit Suisse” isə məhkəmə sənədlərində bildirir ki, Z.Leşkaşeli bankda investisiyalar üzrə məsul olan Vadim Benyatov vasitəsilə iş qurub. 2006-cı ildə bank biznesmenə başqa kredit borcunu ödəmək üçün 127 milyon dollar borc verib. Sövdələşməyə görə, bu kredit Z.Leşkaşelinin Azərbaycandakı aktivlərinin satışından əldə olunan vəsait hesabına bağlanmalı idi.

Biznesmenin iddiasına görə, bank “Caspian Energy Group”u satarkən Hindistan və Vyetnam şirkətlərindən daxil olan, ilkin hesablamalara görə, 350 milyon dollardan 1,2 milyard dollara qədər arta bilən təkliflərə məhəl qoymayıb.

Z.Leşkaşeli iddia edir ki, “Credit Suisse” həqiqətən də onun maraqlarından çıxış etsəydi, o, 700 milyon dollar və ya daha çox mənfəət əldə edəcəkdi. İddiaçı bildirir ki, “Credit Suisse” tələsib və başqa, daha sərfəli təklifləri nəzərdən qaçırıb. İddiaya görə, bu təkliflərin ikisində satılan şirkətə 1 milyard dollardan çox qiymət qoyulubmuş.

Özünün elə həmin məhkəməyə təqdim olunmuş cavab iddiasında “Credit Suisse” Z.Leşkaşelinin iddialarını rədd edir. Bank bildirir ki, ona müştəri tapmaq üçün ağlabatan möhlət verilib, lakin bu, baş vermədikdə bank ona olan borcu çıxarmaq üçün şirkəti satmağa məcbur olub.

“Credit Suisse” belə bir iddianı da rədd edir ki, guya bu layihəni 2008-ci ilin fevralından əvvəl 700 milyon dollardan baha qiymətə satmaq mümkün ola bilərmiş.

Z.Leşkaşeli məhkəmə sənədlərində bildirir ki, 2006-cı ildə “Credit Suisse” bankının Mərkəzi və Şərqi Avropa üzrə direktoru olan Vadim Benyatov Rumıniyada dövlət mülkiyyətinin satışında korrupsiya işi üzrə saxlanılıb və onun ölkəni tərk etməsinə qadağa qoyulub. Bu üzdən gürcü biznesmenin şirkətinin satışı ləngiyib. Benyatov Rumıniyadan ancaq 2007-ci ilin avqustunda çıxa bilib. İlk prosesdə Leşkaşelinin aktivlərinin satışı üçün məqbul təklif daxil olmayıb.

Daha sonra “Credit Suisse”dən digər bankir Piter Firman işə qoşulub, ancaq ikinci cəhddə də sərfəli təklif verilməyib. Baxmayaraq ki, ikinci prosesdə Qutseriyevə bağlı digər şirkət “Hecton İnvestment”in Z.Leşkaşelinin şirkətinə 500 milyon dollar təklif etməyə hazır olduğu deyilir. Bildirilir ki, Firman və “Credit Suisse” Z.Leşkaşelinin tapdığı müştərilərlə anlaşa bilməyiblər.

Biznesmenin dediyinə görə, belə müştərilərdən biri də 700 milyon dollar verməyə hazır olan “Qazprom” idi. Lakin bank bildirir ki, satışın birinci turunda Leşkaşeli “Qazprom”la əlaqə yaratmamağı tapşırıb, ikinci turda isə Rusiya şirkəti onun aktivlərini almağa maraq göstərməyib.

Sonda gürcü əsilli biznesmenin Azərbaycandakı neft aktivləri Qutseriyevə 245 milyon dollara satılıb, bu sövdələşmədən bir neçə ay sonra P.Firman “GCM Global Energy Plc” şirkətinə icraçı direktor  gedib.

Z.Leşkaşeli deyir ki, bu detal bankirlərin onun aktivlərini qəsdən ucuz satmaq üçün sövdələşdiyini göstərir. İndi biznesmen İsveçrə bankından 700 milyon tələb edir. Bank isə bu iddianı qəbul etmir və biznesmenə qarşı cavab iddiası qaldırıb.

Virtualaz.org

Previous Post

Londonda Azərbaycan neftinə görə 700 milyon dollarlıq qalmaqal

Next Post

“Güclü rəqiblə döyüşməkdən zövq alıram” – Fariz Məmmədov

Bənzər yazılar

İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

20 İyul 2026 - 23:45

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 20-də Berlində Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb. Elchi.az -ın məlumatına görə,...

Sosial şəbəkələrdə kompensasiyaya dair yayılan informasiyalar saxtadır – BİRGƏ MƏLUMAT

Sosial şəbəkələrdə kompensasiyaya dair yayılan informasiyalar saxtadır – BİRGƏ MƏLUMAT

20 İyul 2026 - 23:43

Sosial şəbəkə və müxtəlif mesajlaşma platformalarında özəlləşdirmə çekləri ilə bağlı guya kompensasiya ödənilməsi, qeydiyyatın aparılması və bunun üçün müəyyən mobil...

Səudiyyə Ərəbistanında keçiriləcək DÇ-2034 2035-ci ilə keçirilə bilər

Səudiyyə Ərəbistanında keçiriləcək DÇ-2034 2035-ci ilə keçirilə bilər

20 İyul 2026 - 17:59

Səudiyyə Ərəbistanında keçiriləcək 2034-cü il futbol üzrə dünya çempionatının müddətini, yarışın müsəlmanlar üçün müqəddəs Ramazan ayına və ya yay istilərinə...

Azərbaycanda iş vaxtı ilə bağlı YENİLİK OLACAQ

Azərbaycanda iş vaxtı ilə bağlı YENİLİK OLACAQ

20 İyul 2026 - 15:30

Azərbaycanda beynəlxalq təcrübə əsasında çevik iş vaxtı rejimi modellərinin yaradılması planlaşdırılır. Elchi.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı məsələ...

Next Post

"Güclü rəqiblə döyüşməkdən zövq alıram" - Fariz Məmmədov

"Güclü rəqiblə döyüşməkdən zövq alıram" - Fariz Məmmədov

Son xəbərlər

İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilib

İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilib

21 İyul 2026 - 15:08
“AliExpress” 550 milyon avro CƏRİMƏLƏNİB

“AliExpress” 550 milyon avro CƏRİMƏLƏNİB

21 İyul 2026 - 15:00
Azərbaycanda iş vaxtını sərbəst seçmək mümkün olacaq

Azərbaycanda iş vaxtını sərbəst seçmək mümkün olacaq

21 İyul 2026 - 14:45
Azərbaycanda ortaaylıq əməkhaqqı artıb

Azərbaycanda ortaaylıq əməkhaqqı artıb

21 İyul 2026 - 14:36
Ronaldu DÇ-2026 ilə bağlı qalmaqallı paylaşımı bəyəndi

Ronaldu DÇ-2026 ilə bağlı qalmaqallı paylaşımı bəyəndi

21 İyul 2026 - 14:28
Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

21 İyul 2026 - 14:14
Tramp Kanadadan gələn müəyyən mallara 50%-lik gömrük rüsumları tətbiq etdi

Tramp Kanadadan gələn müəyyən mallara 50%-lik gömrük rüsumları tətbiq etdi

21 İyul 2026 - 14:00
Polad Həşimovun məzar daşındakı nöqsan aradan qaldırıldı – FOTOLAR

Polad Həşimovun məzar daşındakı nöqsan aradan qaldırıldı – FOTOLAR

21 İyul 2026 - 13:46
Məktəbli formaları pulsuz veriləcək?

Məktəbli formaları pulsuz veriləcək?

21 İyul 2026 - 13:30
Bakıda təcili tibbi yardımda motosikletlərdən istifadə olunacaq

Bakıda təcili tibbi yardımda motosikletlərdən istifadə olunacaq

21 İyul 2026 - 13:14
“Messi və Ronaldo ilə yerimi dəyişmək istərdim” – Tramp

“Messi və Ronaldo ilə yerimi dəyişmək istərdim” – Tramp

21 İyul 2026 - 13:00
“Qarabağ”ın iştirak ərizəsi – Heyətdə dəyişiklik var

“Qarabağ”ın iştirak ərizəsi – Heyətdə dəyişiklik var

21 İyul 2026 - 12:45
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

21 İyul 2026 - 12:26
“Könüllü DOST” proqramına 20 min müraciət olub

“Könüllü DOST” proqramına 20 min müraciət olub

21 İyul 2026 - 12:15
İyul ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın olacaq

Sabahın hava proqnozu açıqlanıb

21 İyul 2026 - 12:08
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.