ABŞ-ın müdafiə naziri Lloyd Ostin yenidən xəstəxanaya yerləşdirilib. Ostin sidik kisəsi problemlərindən həkimlərə şikayət edib. Hazırda o, Uolter Ridin reanimasiya şöbəsində müalicə olunur.
Elchi.az-ın TASS.ru-ya istinadən xəbərinə görə, Pentaqon bildirib ki, hazırda nazirin vəziyyəti yaxından izlənilir və o, dəstəkləyici müalicə alır.
Qeyd edək ki, Ostinə əvvəllər prostat xərçəngi diaqnozu qoyulub və əməliyyat olunub. ABŞ müdafiə nazirinin xəstəxanada yatmasının nə qədər davam edəcəyi məlum deyil. Ostin səlahiyyətlərini müavini Ketlin Hiksə həvalə edib.
Bu dəfə Ostinin xəstəliyi ilə bağlı ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Çarlz Brauna, Ağ Evə və Konqresə məlumat verilib.
Xatırladaq ki, Ostinin 1 yanvar 2024-cü ildə gizli xəstəxanaya yerləşdirilməsi Konqresdə qalmaqala səbəb oldu. O, işdə olmadığı barədə ölkə rəhbərliyinə operativ məlumat verməyib.
Yeganə