Liviya Milli Birlik Hökumətinin sözçüsü Mohammed Hammude, ölkənin şərq bölgələrində yağan yağışın miqdarının son 40 ildən çox müddətdə qeydə alınan ən yüksək yağıntı olduğunu bildirib.
Elchi.az xəbər verir ki, Liviya Milli Birlik Hökumətinin sözçüsü Muhammed Hammude ölkənin şərqində baş verən sel fəlakəti ilə əlaqədar keçirilən fövqəladə kabinet iclasından sonra sosial media hesabından açıqlama verib.
Hammude, meteoroloji məlumatların Cəbəl əl-Əhdar bölgələrində qeydə alınan yağış miqdarının təxminən 400 millimetr olduğunu və bu miqdarın Liviyada son 40 ildən çox müddət ərzində qeydə alınan ən yüksək yağış miqdarı olduğunu ifadə edib.
Nuranə Məmmədova