Litva Parlamenti 2023-cü ilin iyulunda keçiriləcək sammitdə Ukraynanın NATO-ya dəvət edilməsi haqqında qətnamə qəbul edib.
İclasda iştirak edən 129 deputatın hamısı qətnamənin lehinə səs verib
Elchi.az Seymin mətbuat xidmətinə istinadən xəbər verir ki, Litva parlamenti NATO-nun 2023-cü ilin iyulunda Vilnüsdə keçiriləcək sammitində Ukraynanın Şimali Atlantika Alyansına dəvət edilməsi haqqında qətnamə qəbul edib.
Sənəddə deyilir: “Ukraynanı NATO-ya üzv olmağa dəvət etmək, üzvlük protokollarını imzalamaq və müvafiq şərait yaradıldıqdan sonra onların ratifikasiyası prosesinə başlamaq lazımdır”.
İclasda iştirak edən 129 deputatın hamısı qətnamənin lehinə səs verib.
Şayəstə