"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“LİBRAFF” kitab mağazaları şəbəkəsi Nigar Köçərlinin ittihamlarınaCAVAB VERDİ

13 Fevral 2018 - 22:37
in MANŞET, MARAQLI, MƏDƏNİYYƏT
FacebookVatsap
“LİBRAFF” kitab mağazaları şəbəkəsi Nigar Köçərlinin ittihamlarına

Nigar Köçərli sosial şəbəkələrdə sahibi olduğu kitab mağazalarına “yaranmış təhlükə ilə bağlı” müraciət yayıb. Əslində hədəf kimi Avropa Azərbaycan Cəmiyyətinin (AAC/TEAS) törəmə şirkətləri olan TEAS Press Nəşriyyat evi və “LİBRAFF” kitab mağazaları şəbəkəsi seçilib.

Bunu da oxuyun

Nyu-York ştatında son 30 ildə ilk dəfə qızılcadan ölüm halı qeydə alınıb

Milli Məclisin iclası başlayıb

Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

N.Köçərlini narahat edən məsələlərə, daha dəqiq desək, onun iddialarına keçməzdən əvvəl bildirək ki, bu müraciətin formal ünvanı bir, əslində hədəf seçilən obyekt isə tamam başqa bir instansiyadır. Bu isə atılan addımın özünün məntiqiliyini sual altında qoyur. “LİBRAFF” sadəcə kitab mağazaları şəbəkəsidir, özəl sektora aiddir, ölkədəki on minlərlə analoji strukturdan biridir, yəni dövlət qurumu deyil, hər hansı nazirliyin şöbəsi heç deyil. Amma bu da sirr deyil ki, müraciətin məhz başqa instansiyaya ünvanlaması məqsədlidir – hər halda daha böyük effektə, güclü ictimai rezonans yaradacağına ümid bəslənib.

TEAS-ın təsisçisi və sədri Tale Heydərovu “4 ildir onun mağazalarını bağlayıb yerində öz mağazalarını açmaq”da ittiham edən N.Köçərli də bilməmiş deyil ki, “LİBRAFF”ın ilk dükanı 4 il qabaq yox, ötən il – 2017-ci ildə açılıb.

Məntiqi sual yaranır: əgər N.Köçərliyə qarşı bu “hücumlar” son 4 ildə doğrudan da olubsa, onda, iddia edildiyi kimi, “o fil qarışqanı niyə əzməyib”, hətta əksinə, ticarət mərkəzlərində yeni mağazaları açılıb? İttiham etmək asandır, amma bu ittihamlar sübut olunmalıdır, əks halda onu böhtan saymaq lazım gəlir.

“LİBRAFF” kitab satışı ilə peşəkar şəkildə məşğul olmağa başlayandan N.Köçərli və tərəfdaşları tərəfindən mənəvi təzyiqlərə və böhtanlara məruz qalıb. TEAS Press Nəşriyyat evinin kitab bazarını inhisara alacağı şayiəsi sosial şəbəkələrdə məqsədli şəkildə və mütəmadi olaraq yayılıb, qurum haqda mənfi ictimai rəyin formalaşdırılmasına çalışılıb. N.Köçərlinin müraciəti də həmin kampaniyanın tərkib hissəsi və davamıdır. Təlaşın səbəbi bəllidir – sağlam rəqabətə davam gətirmək çətinləşəndə qurşaqdanaşağı zərbə vurursan.

Belə zərbələrdən biri də budur: “Mağazalarımızda gizli çəkilişlər aparılıb”.

Əgər söhbət hər hansı qanunsuzluq və piratçılıq faktının sənədləşdirilməsindən gedirsə, bu, qanunsuz kitab nəşri ilə mübarizənin əsas tələbidir. Kitab satışı sektorunda ən başlıca məsələlərdən biri müəllif hüquqları məsələsidir. Problem də ondadır ki, bu məsələdə ən çox zərərçəkən tərəf məhz TEAS Press Nəşriyyat

evidir. Nəşr hüququ TEAS Press Nəşriyyat evininə məxsus olan kitablar qanunsuz şəkildə nəşr edilir və bu pirat kitablar N.Köçərlinin mağazalarının vitrinlərində satılır. Həmçinin Oksford Universiteti nəşriyyatının (OUP) və Türkiyə nəşriyyatlarının ən çox satılan kitablarının pirat nüsxələrinin bu mağazalarda satılması faktları OUP və Türkiyə Yayınçılar Birliyinin monitorinqi nəticəsində aşkarlandı. TEAS Press Nəşriyyat evi öz qanuni hüquqlarını qorumağa qalxanda isə qarşı tərəfin “inhisarçı” ittihamı ilə, “qara məni basınca…” məntiqinə əsaslanan hücumlarla üzləşir.

“LİBRAFF”ın Bakı və Gəncədə 6 mağazası var və bu il daha 4 mağazanın açılması nəzərdə tutulur – heç biri də başqasının yerində yox! 2019-2020-ci illər ərzində isə “Made in Azerbaijan” markası ilə Rusiya, Ukrayna və Türkiyədə “LİBRAFF” mağazaları açılacaq. Bu mağazalar yerli və qlobal kitab işinə dəstək verməklə bərabər, fəaliyyət göstərdikləri ölkələrdə Azərbaycanın müsbət imicinin gücləndirilməsinə və milli ədəbiyyatımızın tanıdılmasına töhfə verəcək.

Türkiyədə yaradılan “TEAS-Yayıncılık” şirkəti qardaş ökənin ən nüfuzlu nəşriyyatları sırasına daxil olub. İndi Türkiyə oxucusu öz kitab mağazalarından Ziya Bünyadov, Sara Aşurbəyli, Oqtay Əfəndiyev və digər görkəmli tarixçilərin əsərlərini türk dilində alıb mütaliə edə bilər.

“LİBRAFF” mağazaları milli ədəbiyyatın inkişafına, Azərbaycan yazıçılarının əsərlərinin modern nəşriyyat standartlarına uyğun çap edilməsinə, onların kitab mağazalarında tanıtımının həyata keçirilməsinə, dünyanın nüfuzlu nəşriyyatlarının məhsullarının oxuculara geniş çeşiddə təqdim edilməsinə dəstək missiyası ilə fəaliyyət göstərir.

“LİBRAFF” şəbəkəsi saxta kitablar satmır, yerli müəlliflər arasında ayrı-seçkilik qoymur, kitab satışının yaradıcılığı dəstəkləmək kimi sosial biznes missiyasını yerinə yetirir, bu sahədəki boşluğu doldurmağa çalışır. Nə yaradırsa, sıfırdan yaradır. Heç bir mağazanı bağlamır, heç bir başqa dükanın bazasında nəsə yaratmır.

TEAS Press Nəşriyyat evi kitab işi sektoruna fərqli üslub və yeniliklər gətirib. Nəşriyyat yerli müəlliflərin, tərcüməçilərin, redaktor və korrektorların, bir sözlə, yaradıcı ziyalıların əməyinin haqqını yüksək standartlarla ödəməyə başlayanda intellektual əməyi istismar edənlər sadəcə dözə bilmədi. Biz yerli müəllif və tərcüməçilərə, redaktor və korrektorlara yüksək qonorar verməkdə günahlandırıldıq.

Eyni qaydada uydurma “rəsmi qurumların təzyiqləri” və “nar şirəsi zavodu” iddialarına dair sübutlar varsa, ortaya qoyulsun.

TEAS kitab nəşri sahəsindəki fəaliyyəti dövründə ilk və bu günə qədər yeganə olan aqressiv münasibəti “Qafqazda “erməni məsələsi” adlı üç cildlik kitablar haqqında erməni əsilli amerikalı professor Corc Burnityandan görmüşdu. Burnityan erməni diasporunun ən böyük nəşrlərinin birində Azərbaycan dövlətinin, onun rəhbərliyinin informasiya müharibəsindəki qələbəsini etiraf etməklə bərabər, TEAS-ı və həmin kitabların tərtibçisi Tale Heydərovu “dünya kitabxanalarını tanınmış Qərb nəşriyyatlarında Azərbaycan haqqında çap olunan kitablarla doldurmaqda” ittiham edirdi. Bu ittihama (http://araratmagazine.org/2011/10/a-review-of-the-armenian-question-in-the-caucasus/) vaxtında münasibət bildirilsə də, TEAS Azərbaycanın düşmənlərini narahat etdiyinin fərqində idi.

Bu gün isə TEAS öz peşəkar fəaliyyətində növbəti hücumla üzləşib. Qəribə də olsa, yeni platformada nəşriyyat və kitab mağazaları şəbəkəsi qurduğu üçün…

Previous Post

“LİBRAFF” kitab mağazaları şəbəkəsi Nigar Köçərlinin ittihamlarınaCAVAB VERDİ

Next Post

İlham Əliyevin qurultay nitqində “MİSAK-İ MİLLİ” kodları

Bənzər yazılar

Nyu-York ştatında son 30 ildə ilk dəfə qızılcadan ölüm halı qeydə alınıb

Nyu-York ştatında son 30 ildə ilk dəfə qızılcadan ölüm halı qeydə alınıb

03 Noyabr 2026 - 12:11

Nyu-York ştatının şimalındakı kənd yerində bir uşaq qızılcadan vəfat edib. Elchi.az-ın məlumatına görə, rəsmilər bazar ertəsi "Associated Press" agentliyinə bildiriblər...

Milli Məclisin iclası başlayıb

Milli Məclisin iclası başlayıb

03 Noyabr 2026 - 11:05

Milli Məclisin növbəti iclası başlayıb. Elchi.az xəbər verir ki, iclasının gündəliyinə 10 məsələ daxil edilib.

Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

02 Noyabr 2026 - 17:59

Fransa Milli Tələbə İttifaqı (Unef) ölkədə noyabrın 3-ü və 5-də etiraz aksiyalarının keçirilməsinə çağırış edib. Elchi.az xəbər verir ki, bu...

Melaniya Tramp Rusiyaya minnətdarlığını bildirib

Melaniya Tramp Rusiyaya minnətdarlığını bildirib

02 Noyabr 2026 - 16:00

Oleşkidəki humanitar əməliyyat bölgəyə yardımın çatdırılmasına və 800-ə yaxın insanın təxliyəsinə imkan yaradıb. Elchi.az xəbər verir ki, ABŞ-ın birinci xanımı...

Next Post
İlham Əliyevin qurultay nitqində “MİSAK-İ MİLLİ” kodları

İlham Əliyevin qurultay nitqində “MİSAK-İ MİLLİ” kodları

İlham Əliyevin qurultay nitqində “MİSAK-İ MİLLİ” kodları

İlham Əliyevin qurultay nitqində “MİSAK-İ MİLLİ” kodları

Son xəbərlər

İrakli Kobaxidze: Müxalifət alyansının əvvəldən perspektivi yox idi

İrakli Kobaxidze: Müxalifət alyansının əvvəldən perspektivi yox idi

03 Noyabr 2026 - 23:25
Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi vəzifəsindən ayrıla bilər

Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi vəzifəsindən ayrıla bilər

03 Noyabr 2026 - 21:43
AQÇ: Bakının rayonları üzrə mənzil qiymətlərində ciddi fərqlər mövcuddur

AQÇ: Bakının rayonları üzrə mənzil qiymətlərində ciddi fərqlər mövcuddur

03 Noyabr 2026 - 21:38
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilərək həbs edilib

Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilərək həbs edilib

03 Noyabr 2026 - 21:36
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib

Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib

03 Noyabr 2026 - 21:35
“Yuventus” Qulyelmo Vikarionu transfer etməyi planlaşdırır

“Yuventus” Qulyelmo Vikarionu transfer etməyi planlaşdırır

03 Noyabr 2026 - 20:28
İsrailin Maliyyə Nazirliyi ABŞ-nin hərbi yardımı dayandırması barədə bildiriş almayıb

İsrailin Maliyyə Nazirliyi ABŞ-nin hərbi yardımı dayandırması barədə bildiriş almayıb

03 Noyabr 2026 - 20:26

Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib

03 Noyabr 2026 - 20:24
Daşkənddə Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib – FOTO

Daşkənddə Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib – FOTO

03 Noyabr 2026 - 19:28
Ötən ay Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 16 milyonu ötüb

Ötən ay Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 16 milyonu ötüb

03 Noyabr 2026 - 19:23
Messi mərhum futbolçu de Migelin ailəsinə başsağlığı verdi

Messi mərhum futbolçu de Migelin ailəsinə başsağlığı verdi

03 Noyabr 2026 - 19:09
İki avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilir

İki avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilir

03 Noyabr 2026 - 18:53
Zelenski Putinə zəng edib-etməyəcəyi ilə bağlı suala cavab verib

Zelenski Putinə zəng edib-etməyəcəyi ilə bağlı suala cavab verib

03 Noyabr 2026 - 18:47
Tramp İsrailə 4 milyard dollarlıq yardımın dayandırıldığını elan etdi

Tramp İsrailə 4 milyard dollarlıq yardımın dayandırıldığını elan etdi

03 Noyabr 2026 - 18:14
İran: Hörmüzqan əyalətində ABŞ-a məxsus 2 pilotsuz uçuş aparatını vurduq

İran: Hörmüzqan əyalətində ABŞ-a məxsus 2 pilotsuz uçuş aparatını vurduq

03 Noyabr 2026 - 17:55
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.