Leyen Aİ ölkələrinə səslənib

150

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen bildirib ki, son günlər qeyri-qanuni miqrant dalğası ilə üzləşən İtaliyanın digər Avropa İttifaqı (Aİ) ölkələrinin köməyinə ehtiyacı var.

Elchi.az bu barədə Mk.ru-ya istinadən bildirir.

İtaliyanın Lampeduza adasına səfəri zamanı Leyen Aİ ölkələrinin adadakı qeyri-qanuni miqrantları öz ərazilərində qəbul etməli olduqlarını vurğulayıb. O, qeyd edib ki, qeyri-qanuni immiqrasiya ümumavropa həllini tələb edən ciddi problemdir.

AK rəhbərinin bəyanatına cavab olaraq İtaliyanın baş naziri Giorgio Meloni qeyd edib ki, Avropanın gələcəyi Aİ-nin ciddi problemlərin həlli yollarını tapmaq bacarığından asılıdır.

Son bir neçə gündə Afrikadan Lampeduzaya 9 minə yaxın qeyri-qanuni miqrant gəlib. Ada Tunis sahillərində yerləşir və buna görə də Avropaya getmək istəyən afrikalılar üçün çox cəlbedicidir.


Yeganə