Rusiyanın xarici işlər naziri Sergey Lavrovla iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub. Telefon danışığı zamanı xüsusilə, Ukraynadakı son hadisələr müzakirə edilib.
Elchi.az xəbər verir ki, bu barədə İranın xarici siyasət idarəsi məlumat yayıb.
İran Xarici İşlər Nazirliyinin Teleqram kanalında yayılan mesajda deyilir:
“Ukraynada baş verən son hadisələr İran və Rusiya xarici işlər nazirlərinin müzakirə etdiyi məsələlərdəndir. İran XİN başçısı Abdullahian İranın prinsipial mövqeyini vurğulayaraq, diqqəti siyasi həll və dialoqa yönəltməyin vacibliyini qeyd edib”.
Nazirlər arasında telefon danışığının digər mövzusu İran və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) arasında texniki əməkdaşlıqla bağlı məsələlər olub. Həmçinin qeyd olunub ki, Lavrov İran və Səudiyyə Ərəbistanının diplomatik münasibətlərin bərpasına dair əldə etdiyi razılaşmanı alqışlayıb.
Yeganə