“Moskva, Britaniya raket qüvvələrinin Rusiya Federasiyasına qarşı zərbələrdə iştirakını – bundan irəli gələn bütün nəticələri ilə birlikdə – Ukraynadakı münaqişədə birbaşa iştirak kimi qiymətləndirmək hüququna malikdir”.
Elchi.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.
“Bilirsiz, əgər Britaniya sonuna qədər Ukrayna ilə qalarsa, ona yazıqlarım gəlir.
Vladimir Putin xəbərdarlıq edib ki, əgər kimsə maraqlarımıza və ya əmlakımıza təcavüz edərsə, Dünya Okeanının istənilən bölgəsində hərəkət etmək hüququmuz var. Eynilə, Britaniya raket qüvvələrinin Rusiya Federasiyasına qarşı zərbələrdə iştirakının qürurla elan edilməsini də – bundan irəli gələn bütün nəticələri ilə birlikdə – müharibədə iştirak kimi qəbul etmək hüququna malikik”, – deyə Lavrov vurğulayıb.
Yeganə





















