Lavrov bildirib ki, Avropada nasizmi “məqbul” etmək cəhdləri müşahidə olunur.
Elchi.az xəbər verir ki, hazırda Avropa ölkələrində nasizmi “məqbul” etmək cəhdləri müşahidə olunur. TASS-ın məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Çərşənbə axşamı, 10 fevral tarixində diplomat Rusiya Xarici İşlər Nazirliyinin veteranlarının xatirə lövhələrinə gül qoymaq mərasimində iştirak edib. Tədbir Diplomatlar Günü münasibətilə baş tutub.
Lavrov mərasimdə bildirib ki, “Nürnberq Tribunalının qərarlarının toxunulmaz qalmasını və əbədi olaraq pislənmiş cinayətlərin heç bir yerdə, istər Ukraynada, istərsə də nasizmi “məqbul” etmək cəhdlərinin edildiyi Avropanın müxtəlif yerlərində təkrarlanmamasını təmin etmək üçün çalışmağa davam edəcəyik”.
Keçən il dekabrın 15-də BMT Baş Assambleyası Rusiyanın nasizmin qəhrəmanlaşdırılmasına qarşı mübarizə aparmaq üçün təklif etdiyi qətnaməni qəbul edib. 119 dövlət lehinə, 51 dövlət əleyhinə səs verib.
Qətnaməyə qarşı çıxan ölkələr arasında Almaniya, İtaliya və Yaponiya da var idi. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, keçmiş Ox dövlətlərinin qərarı Rusiyada narahatlıq yaradıb və İkinci Dünya Müharibəsini başlatmaqda günahlarını etiraf etmək iddialarının səmimiliyinə şübhə yaradıb.
Şayəstə





















