Latviya və Azərbaycan strateji tərəfdaşdır – Prezident

65

Latviya və Azərbaycan arasında münasibətlər çox uğurla inkişaf edir. Ölkələrimiz strateji tərəfdaşlardır.

Elchi.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 8-də Latviya Prezidenti Egils Levits görüşdən sonra mətbuata bəyanatında deyib.

Bir neçə il əvvəl ölkələrimiz arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin imzalandığını vurğulayan dövlət başçısı bildirib:“Biz həqiqətən strateji tərəfdaş kimi addımlar atırıq”.