Moderator.az-a daxil olan videomateriala görə, Ağcabədi rayonunun “Taxtakörpü” qəsəbəsində məskunlaşmış Laçın rayon sakinləri qəsəbənin qarşısından keçən yolu bağlayıblar. Ağır şəraitdə yaşadıqlarını bildirən aksiya iştirakçıları deyiblər ki, onlar qaçqın və məcburi köçkünlər üçün mövcud olan ağır şəraitdən şikayət edirlər.
Əraziyə gələn polis əməkdaşları nəqliyyatın hərəkətini bərpa etmək istəyərkən müqavimətlə rastlaşıblar. Aksiya iştirakçıları Akif Səlimovdan Azərbaycan Prezidenti İlham Əliyevə şikayətçi olduqlarını, onun Laçın rayonuna icra başçısı təyin ediləndən indiyə qədər rayon sakinləri üçün heç bir görmədiklərini bildiriblər. Rayonda baş alıb gedən özbaşınalıqdan tutmuş, digər hadisələrə qədər hər şeyi əks etdirən bu narazılıqların əsas hədəfi isə icra başçısı Akif Səlimovdur.
Aksiya iştirakçıları Laçının icra başçısı Akif Səlimovun Ağcabədinin qış yataqlarında məskunlaşmış rayon sakinlərinə qarşı olan laqeyid münasibətinin ölkə prezidentinə çatdırılmasını xahiş edirlər. Tələblərində israrlı olduqlarını bildirən aksiya iştirakçıları əllərində Azərbaycan bayrağı və prezident İlham Əliyevin şəklini nümayiş etdiriblər.
Avqustun 29-u saat 11:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən məlumata görə, avqustun 29-u saat 11:00-a olan...
Nepalda dəhşətli daşqının vurduğu ziyanın ilkin məbləği 4 milyard dolları ötüb. Elchi.az "Reuters"ə istinadla xəbər verir ki, Nepalın maliyyə naziri...
Avqustun 28-də Türkiyə Respublikasının Zəfər bayramı və Türkiyə Silahlı Qüvvələri Günü münasibətilə Naxçıvan şəhərində tədbir keçirilib. Elchi.az xəbər verir ki,...
Dünya bazarında Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb. Elchi.az xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti...
Son şərhlər