"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SAĞLAMLIQ

Laçında hava limanının açılışı, tarixi Zirvə görüşü – Hansı mesajlar verildi? – Deputatdan ŞƏRH

30 May 2025 - 17:56
in SAĞLAMLIQ

Cavanşir Feyziyev

FacebookVatsap

Mayın 28-də Azərbaycanın Laçın şəhərində tarixi əhəmiyyət daşıyan mühüm hadisələr baş tutub.

Bunu da oxuyun

Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə müraciət edib

Günəşdə güclü partlayış baş verib

Reabilitasiya keçmək üçün daha bir qrup ukraynalı uşaq Bakıya gəlib

Belə ki, Müstəqillik günündə, şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümündə Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə Laçın Beynəlxalq hava limanının açılışı oldu.

Açılış mərasimindən sonra isə Laçın şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və ev sahibliyi ilə qardaş ölkələrin liderləri – Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə yüksək səviyyəli Zirvə görüşü keçirilib.

Bəs görəsən Laçında baş tutan bu tarixi hadisələrin əhəmiyyəti nədir? Azərbaycan, Türkiyə Prezidentləri və Pakistan Baş nazirinin iştirakı keçirilən Zirvə görüşündə hansı mesajlar verildi?

Məsələ ilə Milli Məclisin deputatı Cavanşir Feyziyev 1news.az-ın suallarını cavablayıb.

Elchi.az müsahibəni təqdim edir:

– Azərbaycan Cümhuriyyətinin 107-ci ili—Müstəqillik Günü Laçında beynəlxalq hava limanının açılışı və Azərbaycan, Türkiyə, Pakistan dövlət başçılarının buradakı Zirvə görüşünün əhəmiyyəti nələrdən ibarətdir?

– 28 May xalqımızın həyatında dönüş yaradan bir tarixdir. Tarixdə ilk dəfə milli dövlət müstəqilliyimizin bütün dünyaya bəyan edildiyi bu gün müasir, müstəqil Azərbaycanın hər bir vətəndaşı üçün qürur və şərəf tarixidir. Məhz Müstəqillik Günündə işğaldan azad edilmiş ərazimizdə beynəlxalq hava limanının açılması və üç qardaş dövlət başçısının görüşü praktik əhəmiyyəti ilə yanaşı, həm də rəmzi məna daşıyır. Digər tərəfdən, Laçında istifadəyə verilən beynəlxalq hava limanı bütövlükdə Şərqi Zəngəzur və Qarabağ bölgəsinin ölkənin digər bölgələri, eləcə də dünyanın bir sıra ölkələri ilə hava nəqliyyatı bağlantısını təmin etmək, regionun iqtisadi və turizm potensialından daha səmərəli istifadə olunmasına imkan yaratmaq məqsədi daşıyır. Coğrafi baxımdan Laçın bölgəsi dövlət təhlükəsizliyi baxımından mühüm hərbi-strateji əhəmiyyətə malikdir. Belə bir regionda beynəlxalq hava limanının tikilməsi və istifadəyə verilməsi dövlətimizin geostrateji hədəfləri və təhlükəsizlik siyasəti ilə tamamilə uzlaşır. Belə mühüm tədbirdə Türkiyə, Azərbaycan və Pakistan liderlərinin iştirakı hadisəyə daha böyük təntənə qatır. Qardaş ölkə rəhbərlərinin yeni bərpa edilmiş Laçında bir araya gəlməsi Azərbaycanın artan nüfuzunun dünyaya nümayiş etdirilməsi kimi qiymətləndirilə bilər.

– Azərbaycan, Türkiyə və Pakistan arasındakı bu sıx əlaqələr regional sabitlik və təhlükəsizlik üçün hansı mesajları verir?

-Türkiyə və Pakistan 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlər kimi, bütün bu illər ərzində Azərbaycanın ərazi bütövlüyünü həm sözdə, həm də əməldə dəstəkləmiş dövlətlərdir. Azərbaycan əraziləri işğala məruz qalanda qardaş Türkiyə işğalçı ölkə ilə sərhədlərini bağlamış, Pakistan isə bu günə qədər Ermənistan dövlətini tanımayıb. 44 günlük Vətən müharibəsi zamanı da hər iki ölkə Azərbaycana siyasi və mənəvi dəstəyini əsirgəməyib. Uzun illərin sınağından çıxmış bu dostluq və qardaşlıq münasibətləri hazırda ölkələrimiz arasında bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsini labüd edib. Xüsusilə son illərdə üç ölkə arasında hərbi-texniki əməkdaşlığın güclənməsi həm öz ölkələrimizin, həm də bölgədə yerləşən digər ölkələrin təhlükəsizliyinə ciddi zəmanətdir.
Laçın kimi strateji bir bölgədə beynəlxalq hava limanı kimi vacib bir infrastruktur layihəsinin həyata keçirilməsi də bölgədə strateji təhlükəsizliyin təmin edilməsi məqsədi daşıyır.

– Bu tədbir Zəngəzur dəhlizi və daha geniş regional nəqliyyat planlarına necə təsir edə bilər?

– Zəngəzur dəhlizi region ölkələrinin bir-biri ilə nəqliyyat kommunikasiyaları şəbəkəsini genişləndirmək, iqtisadi-ticari və mədəni-humanitar əlaqələrin intensivləşməsini təmin etmək üçün olduqca əhəmiyyətli bir layihədir. Bu dəhliz, ilk növbədə, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa və maneəsiz əlaqələrin qurulmasına, eləcə də bütün türk coğrafiyasının quru yolları vasitəsilə birləşməsinə şərait yaradacaq. Zəngəzur dəhlizinin açılması bütövlükdə türk geosiyasi regionunun Avrasiya üçün əhəmiyyətini artıracaq, Avrasiya təhlükəsizlik arxitekturasında türk dövlətlərinin rolunu gücləndirəcək və onların qlobal təhlükəsizliyin təmin edilməsinə böyük töhfə vermək potensialını ortaya çıxaracaq.

Previous Post

İtaliya və Mərkəzi Asiya: Əməkdaşlığın Yeni Erası

Next Post

Deputatdan çağırış: Lerikdə yüzillik torpaq və evlərin çıxarışı verilmir

Bənzər yazılar

Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə müraciət edib

Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə müraciət edib

19 Mart 2026 - 10:58

"Yaz mövsümünün gəlişi ilə əlaqədar havaların qeyri-sabit keçməsi fonunda respirator xəstəliklərin, eləcə də mövsümi qrip hallarının artması müşahidə oluna bilər"....

Günəşdə güclü partlayış baş verib

Günəşdə güclü partlayış baş verib

13 Mart 2026 - 17:47

Martın 13-də Günəşdə güclü partlayış qeydə alınıb. Elchi.az üxəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutundan (İPG) məlumat verilib. Məlumatda...

Reabilitasiya keçmək üçün daha bir qrup ukraynalı uşaq Bakıya gəlib

Reabilitasiya keçmək üçün daha bir qrup ukraynalı uşaq Bakıya gəlib

25 Fevral 2026 - 20:14

Ukraynalı uşaqlardan ibarət növbəti qrup reabilitasiya xidmətləri almaq üçün Bakıya gəlib. Elchi.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri...

Nar yarpaqlarında sinir və ürək üçün qoruyucu maddə tapılıb

Nar yarpaqlarında sinir və ürək üçün qoruyucu maddə tapılıb

25 Fevral 2026 - 19:30

Kumamoto Universiteti alimləri narın yarpaqlarında və budaqlarında sinir sistemi və ürəyi zədələyən transtiretin (TTR) amiloidozu ilə bağlı zərərli protein yığılmalarını...

Next Post

Deputatdan çağırış: Lerikdə yüzillik torpaq və evlərin çıxarışı verilmir

Baş nazirin rəhbərliyi altında iqtisadi iclas keçirildi

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb

Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb

22 İyul 2026 - 20:00
İran ABŞ-nin kritik infrastruktur obyektlərinə cavab zərbələri endirməklə hədələyib

İran ABŞ-nin kritik infrastruktur obyektlərinə cavab zərbələri endirməklə hədələyib

22 İyul 2026 - 19:55
Merts və Paşinyan Cənubi Qafqazdakı sülh prosesini müzakirə ediblər

Merts və Paşinyan Cənubi Qafqazdakı sülh prosesini müzakirə ediblər

22 İyul 2026 - 19:53
Aİ ölkələri Britaniyanın Ukraynaya 90 milyard avroluq kredit dəstəyi proqramında iştirakını təsdiqləyib

Aİ ölkələri Britaniyanın Ukraynaya 90 milyard avroluq kredit dəstəyi proqramında iştirakını təsdiqləyib

22 İyul 2026 - 19:50
Dəmiryol Muzeyinə giriş qiymətləri ucuzlaşıb

Dəmiryol Muzeyinə giriş qiymətləri ucuzlaşıb

22 İyul 2026 - 19:43
Konqo DR və Uqandada Ebola qızdırmasından ölənlərin sayı 1 000 nəfəri keçib

Konqo DR və Uqandada Ebola qızdırmasından ölənlərin sayı 1 000 nəfəri keçib

22 İyul 2026 - 19:26
MEDİA-nın təşkilatçılığı ilə 22 iyul – Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib

MEDİA-nın təşkilatçılığı ilə 22 iyul – Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib

22 İyul 2026 - 19:18
AFFA rəsmisi “Ludoqorets” – “ Hapoel” oyununa təyinat aldı

AFFA rəsmisi “Ludoqorets” – “ Hapoel” oyununa təyinat aldı

22 İyul 2026 - 19:08
Akkreditasiya Şurası ali təhsil müəssisələri və təhsil proqramları üzrə qərarlar qəbul edib

Akkreditasiya Şurası ali təhsil müəssisələri və təhsil proqramları üzrə qərarlar qəbul edib

22 İyul 2026 - 19:00
Qurban Qurbanov: Oyun stilimiz özünü tam tapmayıb

Qurban Qurbanov: Oyun stilimiz özünü tam tapmayıb

22 İyul 2026 - 18:53
Həsən bəy Zərdabi adına Media Mükafatı təqdim olundu

Həsən bəy Zərdabi adına Media Mükafatı təqdim olundu

22 İyul 2026 - 18:42
Azərbaycan Biznesinin İnkişafı Fondunun fəaliyyəti ilə bağlı qərar qəbul edilib

Azərbaycan Biznesinin İnkişafı Fondunun fəaliyyəti ilə bağlı qərar qəbul edilib

22 İyul 2026 - 18:37
COVİD-19-la bağlı tibb işçilərinin əməkhaqlarına edilən əlavənin verilməsi müddəti uzadıldı

COVİD-19-la bağlı tibb işçilərinin əməkhaqlarına edilən əlavənin verilməsi müddəti uzadıldı

22 İyul 2026 - 18:29
Almaniyada Rusiya texnologiyası ilə nüvə yanacağı istehsalına icazə verilib

Almaniyada Rusiya texnologiyası ilə nüvə yanacağı istehsalına icazə verilib

22 İyul 2026 - 18:20
DÇ-2026-dan sonra 99 futbolçunun dəyəri artdı: Yamal və Holann rekord qırdı

DÇ-2026-dan sonra 99 futbolçunun dəyəri artdı: Yamal və Holann rekord qırdı

22 İyul 2026 - 18:11
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.