Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
Elchi.az xəbər verir ki, bir qədər əvvəl RSK-ya məxsus iki yük avtomobili aksiya keçirilən ərazidən Laçın istiqamətinə maneəsiz keçid edib.