Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 2023-cü il prezident seçkilərində qalib olub-olmayacağı onun zəlzələyə reaksiyasından asılıdır”.
Elchi.az xəbər verir ki, bu barədə İtaliyanın “La Republica” qəzeti yazır.
“May seçkilərinin nəticəsi Ərdoğanı Türkiyə Cümhuriyyətinin zirvəsində saxlaya bilər və ya onun 20 illik hakimiyyətinin sonu ola bilər. Hər şey onun zəlzələyə reaksiyasından asılıdır”, – qəzetdə qeyd edilib.
Xatırladaq ki, Türkiyənin cənub-şərqində 7,7 bal gücündə zəlzələ baş verib. Son məlumatlara görə, 3419 nəfər ölüb. Qurbanların sayı 20534-ə çatıb, 5775 binaya ziyan dəyib.
Yeganə