"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

“Lənkəranski”ni ələ vermiş “qanuni oğru” “cənnətə” göndərildi

24 Yanvar 2017 - 10:28
in aktual-banner, Banner, Cebhe-banner
FacebookVatsap

Bunu da oxuyun

Erkən nikahlar sosial bəladır: Sosioloqdan ÇAĞIRIŞ

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

“Lənkəranski”ni ələ vermiş “qanuni oğru” “cənnətə” göndərildi Ötən həftə İtaliyaya ekstradisiya olunan “Cemo” ləqəbli Cemal Mikeladze haqda yeni məlumatlar; onun “Lənkəranski” ilə bağlı yazdığı məktubda nələr vardı?

Yanvarın 20-də “Şeremetyevo” hava limanında  “Moskva-Roma” reysi ilə “Cemo” ləqəbi ilə tanınan  41 yaşlı “qanuni oğru” Cemal Mikeladze  İtaliyaya ekstradisiya olunub. 2014-cü ilin iyun ayında  “Cemo”ya  Bari məhkəməsinin hökmü ilə 15 il müddətinə qiyabi olaraq həbs cəzası kəsilib və barəsində axtarış elan olunub.  
İtaliya polisi həmin vaxt “qanuni oğru”nun gizləndiyini yox, həbsdə olduğunu bilirdi. “Cemo” 2014-cü ilin fevralında narkotik saxladığına görə 3 illik həbs cəzası almışdı və Kemerovo şəhərində həbsxanada idi. Vəkilləri “Cemo”nun cəzasının 2 il 2 aya endirilməsinə nail olublar və o, ötən həftə Moskvadan İtaliyaya etap olunub.
Primecrime.ru saytının xəbərinə görə,  “Cemo” İtaliyada transmilli cinayətkar assosiasiyanın yaradılmasına görə axtarılırdı. Həmin assosiasiya müxtəlif ölkələrdə, o cümlədən İtaliyada bir sıra cinayət əməlləri – mənzil oğurluqları, təhdidlə pul alınması, rüşvət, qeyri-qanuni yollarla əldə olunmuş pulların “yuyulması”, sənədlərin saxtalaşdırılması və s. törətməkdə ittiham olunur.
Image result for Lənkəranski
Onun sonrakı taleyi Rusiya vətəndaşlığının ləğv edilməsi ilə bağlı  verdiyi şikayətdən asılı olacaq. Əgər məhkəmə “Cemo”nun vətəndaşlığını bərpa edərsə, o zaman cəzasını Rusiyada çəkə bilər ki, bu da az inandırıcı görünür. Çünki bundan əvvəl də Rusiya daha bir nüfuzlu  “qanuni oğru”  Merab Canqveladzenin (“Merab Suxumskli”) də vətəndaşlığını ləğv edib. O da hazırda  İtaliyadan Qazaxıstana ekstradisiyasını gözləyir… Ümumiyyətlə isə İtaliya həbsxanaları Rusiya ilə müqayisədə “cənnət” hesab oluna bilər.
Rusiya mənbələri iddia edir ki,  “Cemo”nun polisin əlinə düşməsində onun düşməni, “qanuni oğru” Vaqif Süleymanovun  (“Vaqif Bakinski”) əli var.  
Cemal Mikeladze 1976-cı ildə Gürcüstanda anadan olub. O, “qanuni oğru” adını 23 yaşında almasına baxmayaraq, tezliklə Moskvadakı gürcüstanlı kriminal qruplaşmalar arasında hörmət qazanıb. Deyilənə görə, “Cemo”nu kriminal dairələrdə cəlbedici edən onun adətən “oğrulara” xas olmayan xarizmasıdır.
“Cemo” kriminal aləmdə ötən il Türkiyədə qətlə yetirilən  “qanuni oğru” Rövşən Canıyevin (“Lənkəranski”) ən yaxın adamlarından biri kimi də tanınıb. Amma 2014-cü ildə həbs edildikdən sonra “Lənkəranski”ni satması kriminal aləmdə çaxnaşma yaratmışdı.  Onun həbsdən hüquq-mühafizə orqanlarına yazdığı iddia edilən məktubunda “Ded Xasan”ın qətli ilə bağlı “sirlər açılırdı”. Məktubda iddia edilirdi ki, “Ded”lə bağlı qətl planını müzakirə etmək üçün “Rövşən Lənkəranski”, Merab və Levan Canqveladze qardaşları Romada görüşüblər. Sonrakı görüşdə isə Levan Canqveladzeyə “Val” tüfəngi verilib. Mikeladzenin məktubunda qətl planının maliyyəsinin və həyata keçirilməsinin əsas fiqurantı kimi “Rövşən Lənkəranski”nin adı keçirdi. Sonradan məktubu “Ded” klanının ortaya atdığı barədə şübhələr üzə çıxdı. Amma bu iddialar bu günədək də nə təsdiq, nə təkzib edilib.
Image result for Cemo kriminal
 
“Cemo”nun “Rövşən Lənkəranski”yə güvənərək özündən yaşca böyük “qanun  oğru” “Vaqif Bakinski”yə “kəllə atması” da kriminal aləmdə uzun müddət müzakirə olunub. Rusiya KİV-lərinin onu yenidən xatırlatması isə onu göstərir ki, mövzu qapanmayıb. 
Hadisə 2010-cu ildə “Rövşən Lənkəranski” ilə “Vaqif Bakinski” arasında “sxodka”da baş verib.  “Lənkəranski” ilə V.Süleymanov münasibətlərini aydınlaşdırmaq üçün Rublevski yaxınlığında “Cemo”nun böyük qardaşı Mamukonun elit kottecində “sxodka”ya toplaşıblar. “Rövşən Lənkəranski” tərəfdən söhbətə “qanuni oğru”ların ağır artirelliyası hesab olunan Gela Kardava, “Robunzon” və “Paat Malenkiy” iştirak edib. Vaqif Süleymanov isə görüşə “Ded Xasan”ı təmsil edən “Vasi Voskreslə” gəlib. “Sxodka” məhz “Cemo” söz alandan sonra davaya çevrilib. Onun azərbaycanlı “qanuni oğru”ya iradına Vaqif Süleymanov adekvat cavab verib. “Cemo” “Vaqif Bakinski”ni vurmaq istərkən özü zərbə alıb. 2011-ci ilin iyununda hələ o zaman sağ olan “Ded” “Cemo”nu “qanuni oğru” adından məhrum edib.
Bu qərarı o, “Cemo”ya hamının iştirakı ilə telefonda elan edib. “Lənkəranski”nin qətlinə qədər “Cemo” ilə münasibətlərinin hansı səviyyədə olduğunu indi demək çətindir. Amma “Cemo” nun “Lənkəranski” dən sonra “boy göstərəcəyi” gözlənilmirdi. Təsadüfi deyil ki, primecrime. ru “Cemoi”nun  ekstradisiyası ilə bağlı xəbərə “Çao qenaçvale” (gürcü dilində yoldaş, dost deməkdir-O.) başlığı verib…
Previous Post

“Lənkəranski”ni ələ vermiş “qanuni oğru” “cənnətə” göndərildi

Next Post

Hafiz Hacıyev: “Elmar Məmmədyarovun apardığı siyasətin sonluğu belə olmalı idi”

Bənzər yazılar

Erkən nikahlar sosial bəladır: Sosioloqdan ÇAĞIRIŞ

Erkən nikahlar sosial bəladır: Sosioloqdan ÇAĞIRIŞ

22 Sentyabr 2026 - 13:39

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyi tərəfindən “Əvvəl bilik, sonra...

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

15 İyul 2026 - 23:26

Odessa şəhəri yaxınlığında dron hücumuna məruz qalan gəmidən xilas edilən 10 Azərbaycan vətəndaşı bu gün Ukraynadan Vətənə yola salınıb. Elchi.az...

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

15 İyul 2026 - 23:22

ABŞ-la qarşılıqlı anlaşma memorandumu onun müddəalarına əməl edildiyi zaman məna daşıyır, əks halda İranın ona riayət etməsi üçün heç bir...

DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

14 İyun 2026 - 15:30

Dövlət Sərhəd Xidmətinin (DSX) birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Bu barədə Elchi.az - a DSX-dən məlumat...

Next Post

Hafiz Hacıyev: “Elmar Məmmədyarovun apardığı siyasətin sonluğu belə olmalı idi”

Hafiz Hacıyev: “Elmar Məmmədyarovun apardığı siyasətin sonluğu belə olmalı idi”

Son xəbərlər

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20
Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11
Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07
İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

09 Oktyabr 2026 - 23:01
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

09 Oktyabr 2026 - 22:59
“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 21:28
Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

09 Oktyabr 2026 - 20:26
ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

09 Oktyabr 2026 - 20:22
Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

09 Oktyabr 2026 - 20:20
Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

09 Oktyabr 2026 - 20:17
Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

09 Oktyabr 2026 - 20:13
Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

09 Oktyabr 2026 - 19:26
Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

09 Oktyabr 2026 - 19:12
11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

09 Oktyabr 2026 - 19:04
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.