"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Hafiz Hacıyev: “Elmar Məmmədyarovun apardığı siyasətin sonluğu belə olmalı idi”

24 Yanvar 2017 - 11:55
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

Hafiz Hacıyev: “Elmar Məmmədyarovun apardığı siyasətin sonluğu belə olmalı idi”Akif Nağı: “Azərbaycan Rusiya qarşısında öz tələb-mövqeyini açıq ortaya qoymalıdır”

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bir həftə öncə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı azərbaycanlı jurnalistin sualına verdiyi cavab ətrafında müzakirələr səngimir. Hər keçən gün Rusiyanın XİN rəhbərinin ünvanına səslənən tənqidi fikirlər artır. 
Lavrovun “Dağlıq Qarabağ ərazisində güc əməliyyatlarının və döyüş hərəkətlərinin keçirilməsi Azərbaycanın daxili işi deyil” kimi fikirlərinə Azərbaycan ictimaiyyətinin bütün təbəqələri sərt təpki göstərir və Rusiyanın bir daha təcavüzkar ölkənin tərəfində olduğunu bildirirlər.
 
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı hesab edir ki, Lavrov bu açıqlaması ilə birbaşa Rusiyanın mövqeyini ortaya qoyub: “Lavrovun fikri birmənalı şəkildə qəbul oluna bilməz. O, uzun illərin diplomatıdır, nə dediyini yaxşı bilir. Bu baxımdan, hesab edirəm ki, onun fikirləri Rusiyanın mövqeyidir. Açıq şəkildə bildirdi ki, bu, Azərbaycan və Ermənistanla yanaşı, həm də Rusiyanın işidir. Bu, Rusiyanın imperialist mövqeyindən, niyyətlərindən və regionda apardığı siyasətindən geri çəkilmədiyindən xəbər verir. Azərbaycan bu açıqlamaya uyğun mövqe tutmalıdır. Əgər Rusiya bu münaqişənin həllində açar rolunu oynayırsa, mövqeyini bu şəkildə ortaya qoyursa, o zaman Azərbaycan da öz çıxarlarını etməlidir. Rusiyaya hər hansı bir ümid etmək mənasızdır. Rusiya böyük dövlətdir və bu danılmazdır. Amma ölkəmizin də gücü, Kremlə təsir imkanları var. Azərbaycan özünü zəif tərəf kimi göstərməməlidir.
Image result for Akif Nağı
Bu günlər rəsmi Moskvanın ölkəmizlə sıx əlaqələri var, Azərbaycanla bağlı maraqları da ortadadır. Ölkəmizin Türkiyə kimi müttəfiqi var. Rusiya da Türkiyə ilə yaxınlaşmaq, əlaqələr qurmaq məcburiyyətindədir. Çünki dünya Kremli təcrid etmək istəyir. Rəsmi Moskvanın Azərbaycan və Türkiyə ilə bağlı ciddi maraqları var. Bundan ölkəmiz məharətlə istifadə etməlidir. Elə bir vəziyyət yaranıb ki, Azərbaycan açıq şəkildə Rusiyanın qarşısında öz tələbini, mövqeyini ortaya qoymalıdır. Amma bunun əksini görürük, rəsmi Bakı sanki Kremldən çəkinir”.
 
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Rusiyanın XİN rəhbərini top atəşinə tutdu: “Bizim torpaqları Ermənistan deyil, Rusiya işğal edib. Bu torpaqları ermənilərə hədiyyə veriblər. Əbəs yerə vaxt itirib, Ermənistanla danışıqlar aparırıq. Bu məsələdə Rusiyanın mövqeyi daha önəmlidir. Lavrov mənşəcə ermənidir. Son 20 ildə bizim məmurlarımızın bizi necə aldatdıqlarını Lavrov bu açıqlaması ilə ortaya qoydu. O, ölkəmizin müstəqilliyinə şübhə toxumu səpdi. Necə yəni bu münaqişə daxili işimiz deyil? BMT-nin 4 qətnaməsi var, Azərbaycan bir sıra beynəlxalq konvensiyalara qoşulub. Biz özümüzü aldada-aldada gedirik. Ona sual verən jurnalistimizə minnətdaram. O şəxsə qəhrəman adı verməliyik. İstəyirik ki, hər şey içimizdə gizli qalsın. Qarabağı bu gün, sabah, yaxud o biri gün azad etməklə bağlı yalan vədlər veririk. Bəzən də Rusiyanın bu problemi həll etdiyi barədə fikirlər səsləndirilir. Münaqişəni belə həll edib?
 
Elmar Məmmədyarova demək lazımdır ki, nazir olduğun gündən bu günə qədər yalan danışdığını Lavrov ortaya qoydu. Bunlar istəmirlər ki, kiminləsə pis olsunlar. Nəyə görə o jurnalisti işdən çıxarırlar? O yazıq sual verərək həqiqəti üzə çıxarıb. Elmar Məmmədyarov və Prezident Aparatında xarici məsələlərə baxan şöbə müdiri istefa verməlidir. 
Bir millət olaraq toparlanmalı, ortaq mövqe ortaya qoymalıyıq. Bütün dünya görməlidir ki, xalq olaraq Dağlıq Qarabağ məsələsində yumruq tək birləşmişik. Bilməliyik ki, Dağlıq Qarabağ məsələsi Azərbaycanın daxili işidir. Güclü ordumuz var, prezidentin sayəsində bunu əldə etmişik. İstəsək Dağlıq Qarabağda hər şeyi edə bilərik, çünki o torpaqlar bizimdir. Niyə bunu edə bilmirik, bax bunu düşünməliyik. İndiki hakimiyyətin dövründə ərazilərimiz azad olunmasa, mən demişəm, prezident olanda üç aya torpaqları azad edib, paytaxtı Xankəndinə köçürəcəm. Konkret siyasət ortaya qoymalıyıq: ya Rusiyanın, ya da Qərbin yanında olmalıyıq. Amma bu gün bu mövqe yoxdur, qalmışıq ortalıqda. Elmar Məmmədyarovun apardığı siyasətin sonluğu belə olmalı idi”.
Previous Post

Hafiz Hacıyev: “Elmar Məmmədyarovun apardığı siyasətin sonluğu belə olmalı idi”

Next Post

Assosiasiya rəhbəri Sülh Platformasına qoşuldu

Bənzər yazılar

Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

16 Oktyabr 2026 - 23:27

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkədə ikinci və üçüncü atom elektrik stansiyalarının tikintisi planlarını açıqlayıb. Elchi.az -ın məlumatına görə, o, bu...

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

16 Oktyabr 2026 - 21:12

"Trudi" qasırğası bu gün sürətlə güclənib, saatda 195 kilometrə çatıb. Proqnozlara görə, o, həftəsonu Meksikanın Sakit okean sahillərinə yaxınlaşacaq və...

İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

16 Oktyabr 2026 - 21:10

İsveç 2026-cı ildə mülki əhaliyə dəstək məqsədilə Ukraynaya 522 milyon kron (52,3 milyon dollar) məbləğində yardım paketi ayırır. Elchi.az xəbər...

Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb

Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb

16 Oktyabr 2026 - 21:08

Keniya Səhiyyə Nazirliyi bu gün ölkədə Ebola virusuna üçüncü yoluxma halını təsdiqləyib. Bu barədə Elchi.az "Xinhua"ya istinadən xəbər verir. Xəstələnən...

Next Post

Assosiasiya rəhbəri Sülh Platformasına qoşuldu

Assosiasiya rəhbəri Sülh Platformasına qoşuldu

Son xəbərlər

Qüdrət Həsənquliyev: “Azərbaycan Türkiyə ilə Mərkəzi Asiya respublikaları arasında körpüdür” -MÜSAHİBƏ

Qüdrət Həsənquliyev: “Azərbaycan Türkiyə ilə Mərkəzi Asiya respublikaları arasında körpüdür” -MÜSAHİBƏ

17 Oktyabr 2026 - 20:21
Almaniya Kansleri məcburi hərbi xidmətin bərpa oluna biləcəyini bəyan edib

Almaniya Kansleri məcburi hərbi xidmətin bərpa oluna biləcəyini bəyan edib

17 Oktyabr 2026 - 19:21
Moskvada 103 aviareys təxirə salınıb

Moskvada 103 aviareys təxirə salınıb

17 Oktyabr 2026 - 19:00
“Sabah”ın baş məşqçisi: “Qarabağ” – “Neftçi” oyununu neytral azarkeş kimi izləyəcəyəm

“Sabah”ın baş məşqçisi: “Qarabağ” – “Neftçi” oyununu neytral azarkeş kimi izləyəcəyəm

17 Oktyabr 2026 - 18:43
Husilər Yəmən hökumətinə bağlı əsir götürülmüş 159 nəfəri azad edib

Husilər Yəmən hökumətinə bağlı əsir götürülmüş 159 nəfəri azad edib

17 Oktyabr 2026 - 18:02
Kiyevdə Kliçkonun istefası tələbi ilə aksiya keçirilir

Kiyevdə Kliçkonun istefası tələbi ilə aksiya keçirilir

17 Oktyabr 2026 - 17:00
İran XİN rəhbəri: Hörmüzün açılması üçün ABŞ-a yeddi günlük plan təklif etmişik, seçim onlarındır

İran XİN rəhbəri: Hörmüzün açılması üçün ABŞ-a yeddi günlük plan təklif etmişik, seçim onlarındır

17 Oktyabr 2026 - 16:35
Zelenski ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ləğv etməyə davam edəcəyini düşünür

Zelenski ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ləğv etməyə davam edəcəyini düşünür

17 Oktyabr 2026 - 15:57
Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib

Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib

17 Oktyabr 2026 - 15:40
Roma Papası xəstəxanadan evə buraxılacaq

Roma Papası xəstəxanadan evə buraxılacaq

17 Oktyabr 2026 - 14:32
Ronaldo yeni biznesinə 10 milyon avro sərmayə qoydu

Ronaldo yeni biznesinə 10 milyon avro sərmayə qoydu

17 Oktyabr 2026 - 13:59
Bakıda keçirilən NATO təlimi başa çatdı – FOTO/VİDEO

Bakıda keçirilən NATO təlimi başa çatdı – FOTO/VİDEO

17 Oktyabr 2026 - 13:41
Hakan Fidan misirli həmkarı ilə görüşdü

Hakan Fidan misirli həmkarı ilə görüşdü

17 Oktyabr 2026 - 13:23
Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 - 13:10
Sabah 31 dərəcə isti olacaq

Sabah 31 dərəcə isti olacaq

17 Oktyabr 2026 - 12:56
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.