Kuleba almanları tənqid etdi

59

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Berlində Ukrayna Silahlı Qüvvələrinə silah verilməsinə qarşı keçirilən etiraz aksiyalarına görə almanları tənqid edib.

Elchi.az bu barədə “Bild” qəzetinə istinadən xəbər verir.

“Sizi əmin edirəm ki, hər bir ukraynalı, hətta səngərdəki hərbçi belə, Brandenburq qapısındakı ən dinc etirazçıdan daha çox sülh istəyir”,-deyə Kuleba qeyd edib.

Berlində etirazçılar daha əvvəl Ukraynada münaqişənin eskalasiyasını dayandırmağı tələb ediblər. Bu arada alman ictimai xadimləri Kiyevə silah tədarükünün dayandırılması və danışıqların başlanması tələbi ilə petisiya dərc ediblər. Sənədi artıq 745 mindən çox insan imzalayıb.

Yeganə