“Adanın blokadası nəticəsində yaranan problemlər fonunda Rusiya Kubaya hər cür yardım göstərməyə hazırdır”.
Elchi.az xəbər verir ki, bu fikirləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Kuba ölkəyə tətbiq edilən boğucu embarqoya görə əhəmiyyətli iqtisadi çətinliklərlə üzləşən müstəqil suveren dövlətdir… Biz hər cür yardım etməyə hazırıq. Bütün bu məsələlər kubalı həmkarlarımızla müzakirə olunur”.
Peskov Kubada böyük humanitar problemlərin inkişaf etdiyini açıqlayıb. O, vurğulayıb ki, Moskva Kuba rəhbərliyi ilə həm ekspert, həm də işçi səviyyələrində əlaqələr saxlayır.
Yeganə





















