Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Elchi.az xəbər verir ki, 20 drondan 16-sı hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilib, 6-sı radioelektron mübarizə sistemi tərəfindən zərərsizləşdirilib.
Hadisə nəticəsində tələfat və dağıntıların olmadığı vurğulanıb.
Qeyd edək ki, Ukrayna tərəfi hələlik Rusiya Müdafiə Nazirliyinin bu açıqlamasını şərh etməyib.
Xatırladaq ki, daha öncə sosial şəbəkənin Rusiya seqmentində işğal altındakı yarımadada dronların uçduğuna, partlayış səslərinə dair videolar yayılmışdı.
Havar Şəfiyeva