“Məlumdur ki, 2014-cü ildə Rusiya Krımı ilhaq etdi. Bu ilhaqın nəticələrini aradan qaldırmaq üçün 2014-cü ildən sonmra bir koordinasiya mexanizmi kimi başlayan və 2021-ci ildə Ukraynanın müstəqilliyinin 30-cu il dönümü ərəfəsində yaradılan “Krım Platforması” nın birinci il dönümüdür”.
Bu sözləri Elchi.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.
O, bildirib ki, “Krım Platforması” Krım tatarlarının insan haqlarının pozulması, ətraf mühitin çirklənməsi, Azov və Ağ dənizdə ticarətin təhlükəsizliyi kimi mövzularda Rusiya bu bölgədən çəkilsin, bura bizim bölgəmizdir şəklində bir platformadır:
” “Krım Platforması” yaradılanda Azərbaycan burda iştirak etməmişdi. Bu da ölkə daxilində haqlı narazılıqlar yaratmışdı. Amma buna baxmayaraq, Azərbaycan bundan bir müddət sonra Ukrayna ilə ikitərəfli müttəfiqlik anlaşması imzalamış, Azərbaycan Prezidenti Krımın işğal edilməsinin qəbul edilməz olduğunu açıq şəkildə bəyan edərək, Ukraynanın ərazi bütövlüyünü dəstəkləmişdi. Eyni zamanda, Azərbaycan Prezidenti ona verilən suala cavab olaraq: “Ukrayna xalqına işğalla barışmamağı və sona qədər mübarizə aparmağı” məsləhət görmüşdü. Türkiyə isə bu platformada XİN səviyyəsində iştirak etmiş, Krımın ilhaqını tanımamaqla yanaşı, bu addımın hüquqdan kənar olduğunu ilk gündən açıq şəkildə söyləyib ki, bu, sadəcə hüquqi deyil, əxlaqı dayaqları da olan bir mövqedir. Krımın yerli və tarixi sakinləri olan Krım tatarlarının güvənliyi də Türkiyənin öncəlikləri arasında olub. Krım tatarları böyük acılar və əziyyətlər bahasına ayaqda qaldıqları Krım torpaqlarında öz torpaqlarına qayıtmağın və sülh içərisində yaşamağın mübarizəsini aparırlar. Onların bir çoxu həbsdə yatırlar. İlk növbədə onların azad olunması bütün dünya birliyinin işi olmalıdır”.
Yeganə