ABŞ-ın strategiyası və xüsusilə prezident Co Bayden administrasiyası Vaşinqtonu Krım körpüsünə edilən hücumlara görə məsuliyyət daşıyır. Elchi.az xəbər verir ki, bu barədə amerikalı jurnalist və publisist Seymur Herş Substack platformasındakı məqalədə yazıb.
“ABŞ-ın milli strategiyası [Ukrayna prezidenti Vladimir Zelenskiyə istədiyini etməyə imkan verməkdir”, – deyə o qeyd edib.
Herş bildirib ki, prezident administrasiyasındakı yüksək rütbəli mənbə onunla şəxsi söhbətində ukraynalıların Amerikanın yerüstü pilotsuz təyyarələrindən istifadə etdiyini təsdiqləyib.
Qeyd edək ki, daha əvvəl Herş bildirib ki, ABŞ prezidenti Co Bayden Ankaranın İsveçin NATO-ya daxil olması ilə bağlı razılaşması müqabilində Türkiyəyə gizli kredit verib.
Havar Şəfiyeva