Kreml: Kiyev Putinə sui-qəsd cəhdi edib

111

Elchi.az xəbər verir ki,Kremldən verilən açıqlamada Kiyevin gecə saatlarında Kremli dronla vurmağa çalışdığı, Rusiya müdafiə vasitələrinin pilotsuz uçan aparatı zərərsizləşdirdiyi və hücum cəhdi zamanı Putinin iqamətgahında olmadığı açıqlanıb. “Biz hücumu Putinə qarşı sui-qəsd kimi qiymətləndiririk”, – Kreml bildirib.
Kreml rəsmiləri qeyd edib ki, Ukrayna dünən gecə iki pilotsuz təyyarə ilə Kreml Sarayına hücum etməyə cəhd edib.
Bildirilib ki, hava hücumundan müdafiə sistemlərinin vaxtında işə salınması ilə pilotsuz uçuş aparatları Kremlə hücuma keçmədən zərərsizləşdirilib.
Kreml rəsmiləri sözügedən hücumu Rusiya prezidenti Putinə sui-qəsd cəhdi və planlaşdırılan terror hücumu kimi qiymətləndirib. Hücum cəhdi nəticəsində Putinə zərər dəymədiyi qeyd edilib.
Kreml rəsmiləri hücum cəhdinə “zəruri bildiyi vaxt və yerdə” cavab vermək hüquqlarını saxladıqlarını bildiriblər.
Bununla belə, Kremlin sözçüsü Dmitriy Peskov Sputnik xəbər agentliyinə sui-qəsd cəhdindən sonra prezident Putinin iş proqramında heç bir dəyişiklik olmayacağını deyib.

Nuranə Məmmədova