"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Kreml Azərbaycanı hədələdi

06 İyul 2017 - 09:37
in aktual-banner, Banner, Cebhe-banner, MANŞET
FacebookVatsap

Rusiya XİN erməni əsilli vətəndaşlarının müdafiəsinə qalxdı; “Vəziyyətdən nəticə çıxaracağıq”, deyə xəbərdarlıq edən Moskva Xankəndində girov saxlanılan Rusiya vətəndaşı Dilqəmi niyə unudub? Son erməni vəhşiliyi fonunda İrəvana edilən reveransın “astar üzü”…

Bunu da oxuyun

Rubio: Ukraynada müharibə danışıqlarla bitməlidir

Moskva-Brüssel xəttində gərginlik: Zaxarovadan Aİ-yə sərt mesaj

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

“Rusiya Azərbaycana gələn erməni əsilli Rusiya vətəndaşlarına qarşı diskriminasiyanı dayandırmağı tələb edir”. Musavat.com-un İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) dünən yaydığı açıqlamada deyilir.

“Həqiqətən də Azərbaycana gələn Rusiya vətəndaşlarının etnik əlamətə görə diskriminasiyaya məruz qaldığını bəyan eləmək zorundayıq. Biz iki ölkə arasında dostluq əlaqələri ilə bir araya sığmayan qızışdırıcı diskriminasiya praktikasını dayandırmağı tələb eləməkdə davam edirik. Aydındır ki, yaranmış vəziyyətdən nəticələr çıxaracağıq”, – deyə XİN-dən xəbərdarlıq şəklində bildirilib.

Rusiya XİN-in açıqlamasında həmçinin iddia edilir ki, bu ilin əvvəlindən Rusiyanın 25 vətəndaşına Azərbaycana girmək yasaq olunub: “Onları bir neçə saat saxlayıb, bəzən də ac-susuz, tibb xidmətin olmadan ləngidib, sonra da öz hesablarına xaric ediblər. Bu zaman əsas kimi də onların erməni familiyaları götürülüb. Hərgah, elə hallar da olub ki, bəzi rus ad-soyadlı şəxslər də ”erməni əcdadları” ilə bağlı sorğu-sual ediliblər. Biz dəfələrlə, o cümlədən nota şəklində olan müraciətlərimizdə bu praktikaya son verilməsini tələb eləmişik. Lakin yönlü və məqbul cavab ala bilməmişik. Azərbaycanın cavab notasında deyilir ki, xoşagəlməz eksseslərin qarşısını almaq üçün Azərbaycan bir sıra şəxslərə qarşı müxtəlif tənzimləmələr tətbiq eləməyə məcburdur” – açıqlamada vurğulanır.

Image result for Rusiya XİN

***

Kremlin Bakıya qarşı belə bir davakar ritorikası ilk baxışda qəribə görünə bilər. Axı, cəmi bir neçə gün öncə Rusiya Azərbaycana əvvəllər əldə edilmiş ikitərəfli müqavilələrə əsasən, növbəti partiya silah-sursat və döyüş texnikası göndərib – hansı ki, işğalçı Ermənistanda hələ də ciddi müzakirə mövzusudur və Rusiya əleyhinə yeni etiraz dalğasına səbəb olub. Bəlkə elə bu yolla Moskva erməni ictimai rəyini sakitləşdirmək istəyir?

Ancaq o da var ki, rəsmi Kreml hazırda məhkəməsi gedən və üçlü vətəndaşlığa (Rusiya, İsrail, Ukrayna) malik Aleksandr Lapşinə görə də Bakıdan inciklidir. Çünki lap əvvəldən Moskva ən yüksək səviyyədə onun Azərbaycana ekstradisiya olunması və mühakimə edilməsinə qarşı çıxıb.

Image result for Azərbaycan XİN

Mümkündür ki, Rusiya heç olmasa, indi “bir güllə ilə iki dovşan vurmağa” çalışır. Yəni həm satellit Ermənistanı sakitləşdirmək, həm də Lapşin insidentinə görə Bakıya “diş ağartmağa” çalışır ki, yekunda bloggerlə bağlı istəyinə nail olsun. Axı hər necə olmasa, bu, Rusiya üçün bir imic məsələsidir. O üzdən XİN-in açıqlamasında sərt ton, bir az da xəbərdarlıq notları (“Vəziyyətdən nəticələr çıxaracağıq”) diqqət çəkməyə bilməz.

***

Rəsmi Moskvanın Bakıdan bu tələbi cəbhə xəttindəki son insident zamanı yaşanan balaca Zəhra və nənəsinin qan donduran faciəsi fonunda xüsusilə qəribə görünür. Maraqlıdır ki, biz bu vəhşiliyin ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiya XİN-in səviyyəsində pislənməsini gözlədiyimiz halda, XİN-dən tam əks işarəli bir münasibət görürük.
Artıq məsələyə Azərbaycan XİN-dən reaksiya gəlib.

Image result for Hikmət Hacıyev

“Azərbaycanla Rusiya arasında vətəndaşların vizasız gediş-gəlişi və strateji tərəfdaşlığa dair saziş imzalanıb. Azərbaycan multikultural ənənələri ilə fəxr edir. Bu, dünya üçün nümunədir. Amma təəssüf ki, Azərbaycan erməni işğalından əziyyət çəkir”. Bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Rusiya vətəndaşı olan ermənilərin Azərbaycana gələrkən hava limanında gözlədilməsi və geri göndərilməsi barədə Rusiya XİN-in bəyanatını şərh edərkən deyib.
Mətbuat katibi daha sonra bildirib ki, bu barədə Rusiya tərəfinə məlumat verilir: “Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzü nəticəsində qanlı etnik təmizləmə siyasəti həyata keçirilib. Bu siyasət Ermənistan ərazisində də aparılıb. Təəssüf ki, milliyyətcə erməni olan bəzi şəxslər etnik zəmində təfriqə aparır. Bu səbəbdən biz bu kimi tədbirlər həyata keçiririk. Rusiyalı həmsədr, o cümlədən digər həmsədrlər üzərilərinə düşən öhdəlikdən çıxış edərək münaqişənin həlli üçün səylərini artırmalıdır. Ermənistan silahlı qüvvələri işğal altındakı ərazilərimizdən çıxarılmalıdır. Regionda sülh, hərtərəfli gediş-gəliş və sivil münasibətlər təmin olunmalıdır”.

Beləcə, rəsmi Bakı bir daha aydın şəkildə işarə vurub ki, Moskvanın erməni əsilli vətəndaşlarla bağlı narahatlığına son qoymağın tək yolu Rusiyanın özünün də dəstəyi ilə erməni işğalına son qoymaqdır. Əfsus ki, bu yöndə Kremlin ciddi səyləri gözə dəymir. Halbuki Moskva istəsə, qısa zamanda Qarabağ məsələsində irəliləyişə nail olar.

***

Əlavə edək ki, Rusiya Lapşinlə yanaşı, necə vaxtdır bir erməninin işini də Bakıdakı səfirliyi vasitəsilə ciddi nəzarətə götürüb. Söhbət ötən il Bakı hava limanında narkotikə görə saxlanılan, 8 illik həbsə məhkum edilmiş Marat Mirzəyandan (Uledanov – arvadının soyadıdır-red.) gedir. Rusiya tərəfi çalışır ki, Mirzəyan heç olmasa, ekstradisiya edilsin və cəzasını Rusiyada çəksin.
Amma nədənsə, rəsmi Moskva digər vətəndaşı – 3 ildir qanunsuz şəkildə Dağlıq Qarabağ ərazisində separatçı rejim tərəfindən girov saxlanılan və qondarma məhkəmənin hökmü ilə ömürlük həbsə məhkum edilmiş Dilqəm Əsgərovla maraqlanmır. Bu mövzuda sualları isə Mariya Zaxarova başda olmaqla, Rusiya XİN rəsmiləri qıcıqla qarşılayır. Ona görə ki, Diqləm erməni deyil?

Şübhəsiz ki, belədir. Amma o, Rusiya vətəndaşıdır!

Previous Post

Kreml Azərbaycanı hədələdi

Next Post

Bakıda toy zamanı kütləvi dava düşdü (FOTO/VİDEO)

Bənzər yazılar

Rubio: Ukraynada müharibə danışıqlarla bitməlidir

Rubio: Ukraynada müharibə danışıqlarla bitməlidir

08 Oktyabr 2026 - 17:38

Vaşinqton administrasiyası Ukrayna münaqişəsinin danışıqlar yolu ilə tənzimlənməsinə kömək etmək cəhdlərini davam etdirmək niyyətindədir. Elchi.az xəbər verir ki, bu barədə...

Moskva-Brüssel xəttində gərginlik: Zaxarovadan Aİ-yə sərt mesaj

Moskva-Brüssel xəttində gərginlik: Zaxarovadan Aİ-yə sərt mesaj

08 Oktyabr 2026 - 16:00

Avropa İttifaqının (Aİ) Rusiya ilə qarşıdurması onun, eləcə də üzv ölkələrin problemlərini daha da dərinləşdirəcək. Elchi.az xəbər verir ki, bunu...

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

07 Oktyabr 2026 - 18:16

Ukrayna üzrə danışıqlar məsələsində Rusiyanın vicdanı təmizdir, ABŞ isə Avropanın təzyiqinə tab gətirə bilməyib. Elchi.az xəbər verir ki, bunu Rusiya...

BRİKS BMT-ni əvəz edə bilər? – Rusiyadan diqqətçəkən mesaj

BRİKS BMT-ni əvəz edə bilər? – Rusiyadan diqqətçəkən mesaj

07 Oktyabr 2026 - 16:00

"BRİKS qurumları daha da dağılacağı təqdirdə Birləşmiş Millətlər Təşkilatını (BMT) əvəz edə bilər". Elchi.az xəbər verir ki, bu fikirləri Sankt-Peterburq...

Next Post

Bakıda toy zamanı kütləvi dava düşdü (FOTO/VİDEO)

Bakıda toy zamanı kütləvi dava düşdü (FOTO/VİDEO)

Son xəbərlər

Prezident İlham Əliyev: Trampın regionumuzda sülh səylərinin bu il Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcəyinə ümid edirik

Prezident İlham Əliyev: Trampın regionumuzda sülh səylərinin bu il Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcəyinə ümid edirik

09 Oktyabr 2026 - 09:12
GAİM-də yeni tədris mərhələsinə start verilib

GAİM-də yeni tədris mərhələsinə start verilib

08 Oktyabr 2026 - 20:34
Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

08 Oktyabr 2026 - 20:32
Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib

Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib

08 Oktyabr 2026 - 20:29
Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini daha da möhkəmləndirir

Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini daha da möhkəmləndirir

08 Oktyabr 2026 - 19:39
Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb

08 Oktyabr 2026 - 19:26
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

08 Oktyabr 2026 - 19:12
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib – YENİLƏNİB-3

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib – YENİLƏNİB-3

08 Oktyabr 2026 - 18:51
“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

08 Oktyabr 2026 - 18:47
BMT ilə ƏƏSMN arasında əməkdaşlıq müzakirə olunub

BMT ilə ƏƏSMN arasında əməkdaşlıq müzakirə olunub

08 Oktyabr 2026 - 18:47
Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

08 Oktyabr 2026 - 18:38
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq – XƏBƏRDARLIQ

08 Oktyabr 2026 - 18:35
Filippində vulkan püskürməsi baş verib

Filippində vulkan püskürməsi baş verib

08 Oktyabr 2026 - 18:29
Gürcüstana qanunsuz keçməyə cəhd göstərən Mərakeş və Əfqanıstan vətəndaşları saxlanılıb

Gürcüstana qanunsuz keçməyə cəhd göstərən Mərakeş və Əfqanıstan vətəndaşları saxlanılıb

08 Oktyabr 2026 - 18:22
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

08 Oktyabr 2026 - 18:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.