"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

“KQB” agentindən şok ittiham – Samir Şərifov xarici ölkələrə “işləyir”

09 Mart 2016 - 21:52
in aktual-banner, Banner, MANŞET
FacebookVatsap

Bunu da oxuyun

Zelenski: Ukrayna işğal olunmuş əraziləri Rusiyanın tərkib hissəsi kimi tanımayacaq

“Çoxsaylı sənədlərin qəbul olunması bu sahədə vəziyyəti yaxşıya doğru dəyişmir” – Qüdrət Həsənquliyev

Aİ Böyük Britaniyadan bunu TƏLƏB EDƏCƏK

Yuri Şvets

Sovet kəşfiyyatçısı olmuş, hazırda isə Amerikanın maliyyə analitiki Yuri Şvets Ukraynanın“Qordon” agentliyinəmüsahibəsində Azərbaycan hökumətini silkələyəcək ittihamlar səsləndirib. O, özünün yeni kitabı haqda danışarkən,Azərbaycanın yüksək siyasielitasında təmsil olunan vəhazırda Kremlə işləyən “üçqatagentdən” də bəhs edib.

Andropov adına Xarici Kəşfiyyat İnstitutunda Putinin kurs yoldaşı olmuş Yuri Şvetsbütün dünya üzrə fəaliyyət göstərən və bu gün də işləməkdə davam edən sovet vəRusiya agenturası barədə yeni kitab yazmağa başlayıb.

1980-ci illərdə soyuq müharibənin qızğın vaxtlarında Şvets ABŞ–da kəşfiyyatçı olubvə Sovet İttifaqının Teleqraf agentliyinin (TASS) müxbiri adı altında fəaliyyətgöstərib. O, Amerikanın SSRİ–yə qəfildən mümkün nüvə zərbəsilə bağlı məlumatlarıntoplanması və analizi ilə məşğul olurmuş.

Şvetsin ilk kitabı – “Vaşinqtonun rezidensiyası: Amerikada KQB–nin casusu kimimənim həyatım” 1994-cü ildə ABŞ–da sığınacaq alandan dərhal sonra qələmə alınıbvə müəllifi məşhurlaşdırmaqla yanaşı, həm də yaxşı satılıb.

Onun yeni kitabında haqqında danışılan Azərbaycanın yüksək vəzifəli məmuru isə maliyyə naziri Samir Şərifovdur. Şvetsin iddiasına görə, agentura məlumatlarındabildirilir ki, Şərifov Rusiya, Türkiyə və Amerika xüsusi xidmət orqanlarına işləyib,indi yenidən Kreml tərəfindən ələ alınıb.

– Yeni kitabınızda müxtəlif vaxtlarda Rusiya, Türkiyə və ABŞ xüsusi xidmətorqanlarına işləyən, hazırda isə yenidən Kreml tərəfindən ələ alınan üçqatagentdən bəhs edirsiniz. Üstəlik, iddia edirsiniz ki, həmin üçqat agentAzərbaycanın maliyyə naziri Samir Şərifovdur…

– Bunu mən özümdən demirəm. Bu məlumat Rusiya xüsusi xidmət orqanlarındakımənbələrin məlumatıdır. Bu məlumatların üzərində hələ FTB–nin məşhur əməkdaşı, Narkotiklərə Qarşı Mübarizə Agentliyi və daha sonra mənim biznes tərəfdaşım BobLevinson işləmişdi. Levinson ABŞ–ın hüquq–mühafizə orqanlarında 30 illik iştəcrübəsindən sonra şəxsi detektiv oldu və qısa müddətdə məşhurlaşdı. Bob biznes–kəşfiyyat və biznesin təhlükəsizliyi işində mənim birinci tərəfdaşım olmuşdu.

Bobun Rusiya və Ukrayna üzrə bütün işləri praktik olaraq mənim vasitəmlə keçirdi.Biz Rusiyada yaşayan və Federal Təhlükəsizlik Xidməti tərəfindən ələ alınan bir neçəamerikalı ilə bağlı məsələnin üstünü açmışdıq, Rusiya xüsusi xidmət orqanlarının bəziəməkdaşları ilə gizli işgüzar əlaqələr qurmuşduq, onlardan vacib agentura məlumatlarıalırdıq. İndi çoxlarına inanılmaz görünür, amma hələ 2003-cü ildə Rusiyanın FederalTəhlükəsizlik Xidmətində cəmi 30 min dollara bütöv agentura işini əldə etməkmümkün idi. Mən bu cür razılaşmaların baş tutduğu konkret halları da bilirəm.

Samir Şərifov

– Qayıdaq Azərbaycanın maliyyə naziri Samir Şərifova. Sizin mənbəniz buyüksək vəzifəli şəxs barədə konkret nə öyrənmişdi?

– Rusiyanın Federal Təhlükəsizlik Xidmətindəki mənbə bir neçə il əvvəl agenturaməlumatı hazırlamışdı. Rusiya kəşfiyyat xidmətindəki mənbələr iddia edir ki, onlarınagentləri Türkiyə və ABŞ kəşfiyyatına daxil olub və nəticədə fəaliyyətdə olan agenturailə bağlı vacib məlumatlar əldə olunub. Mənbələr dəqiqləşdirməyib ki, bu sızmakonkret nə vaxt baş verib. Lakin qeyd ediblər ki, bu, Udvard Snoudenlə bağlı deyil və2010-cu ilə qədər baş verib.

Mənbələrin sözlərinə görə, əldə olunan məlumatlar Rusiya kəşfiyyatına bu nəticəyəgəlməyə imkan verib ki, onların çoxdankı agenti, Azərbaycanın maliyyə naziri SamirŞərifov əslində üçqat agent olub və bəzən paralel olaraq, Türkiyə və Amerika xüsusixidmət orqanlarına da işləyib. Rusiyalılar əmindilər ki, Şərifovu Türkiyə kəşfiyyatı1989-1990-cı illərdə Cənubi Yəməndə işlədiyi vaxtlardan ələ alıb. Sonradan o, ABŞ–ınMərkəzi Kəşfiyyat İdarəsilə əlaqələndirilib və o vaxtdan vacib informasiya mənbəyi vətəsir agenti kimi Amerika və Türkiyə xüsusi xidmət orqanlarına işləməyə başlayıb.

Rusiyanın Federal Təhlükəsizlik Xidmətindəki mənbənin sözlərinə görə, Samir Şərifovkaryerasına atasının köməyilə başlayıb. Onun atası da Heydər Əliyevin yaxın ətrafınadaxil olan şəxs olub. Bu əlaqələr sayəsində Azərbaycan hökuməti onu Kiyev DövlətUniversitetində beynəlxalq əlaqələr fakültəsində təhsil almağa göndərib. Əvvəlcə onuMoskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna oxumağa göndərmək planlaşdırılıb.Lakin onun sənədləri dövlət təhlükəsizlik orqanlarından keçməyib.

KQB ilə gizli əməkdaşlıq

Kiyev Universitetində təhsil aldığı müddətdə Şərifov KQB ilə gizli əməkdaşlıq edib. Sovet İttifaqının dağılmasından az əvvəl agentura işlərinin əksəriyyəti Ukraynadan Moskvaya gətirilmişdi. Onların arasında Şərifovun da agentura işi vardı.

Şərifovun işi ilə tanış olan KQB zabitlərindən biri deyir ki, o, kompromatla ələ alınıb. Onu “qara bazar”da qanunsuz əməliyyatlar zamanı tutublar. O, xarici valyuta ilə əməliyyatlar həyata keçirirmiş. Sovet İttifaqı zamanında bu cür böyük miqyaslı əməliyyatlar 10 ilə qədər həbs cəzasına, hətta ölüm hökmünə gətirib çıxara bilərdi. Amma Şərifovun “qara bazar”dakı əməliyyatlarının həcmi əhəmiyyətli dərəcədə böyük olmayıb və KQB ona göz yumub. Nəticə olaraq, onun Kiyevdə təhsil aldığı dövrdə heç bir ciddi qalmaqal baş verməyib.

Kiyev Dövlət Universitetində təhsilini başa vurandan sonra Şərifov Bakıya qayıdıb və Azərbaycanın Xarici Ticarət Nazirliyinin xarici iqtisadi əlaqələr şöbəsində işləməyə başlayıb. 1988-cu ildə Heydər Əliyevin dəstəyilə o, Cənubi Yəmənə işləməyə göndərilib. Əvvəlcə tərcüməçi işləyib, daha sonra sovet hərbi texnikasının Cənubi Yəmənə göndərilməsilə məşğul olan qrupa düşüb. Bu vəzifədə o, KQB-nin xarici kəşfiyyatla məşğul olan Birinci Baş İdarəsinin nəzarəti altında agent kimi fəaliyyət göstərib. Ciddi xoşagəlməz hadisəyə qədər KQB onun əməkdaşlığından razı idi.

Şərifov Cənubi Yəməndə

Mənbənin sözlərinə görə, 1990-cı ildə sovet silahları ilə dolu iki böyük nəqliyyat Cənubi Yəmən yolunda yoxa çıxıb. KQB hərtərəfli araşdırma aparıb və müəyyənləşdirilib ki, “düşmən xarici kəşfiyyat xidməti Cənubi Yəməndə xidmət edən sovet agentinin ələ alınmasından sonra onun vasitəsilə bu nəqliyyatlar barədə xəbər tutub. Bu zaman Şərifov əsas şübhəlilərdən biri olub. Çünki KQB-nin Cənubi Yəməndəki rezidenturası onun Türkiyə kəşfiyyat xidmətinin nümuyəndələri ilə konfidensial əlaqələri barədə sübutlar əldə etmişdi. Bu əlaqələr KQB ilə razılaşdırılmamışdı. Araşdırmaların davamı və sorğu-sual üçün o, dərhal Moskvaya çağrıldı. Az sonra Sovet İttifaqı dağıldı və bu da Şərifovu xilas etdi.

2005 hadisələrində Şərifovun rolu

KQB-nin əlində Şərifovun Türkiyə kəşfiyyatı tərəfindən ələ alınması və ikiqat agentə çevrilməsi barədə birbaşa sübutlar olub. Mənbənin sözlərinə görə, Türkiyə xüsusi xidmət orqanlarının nəzarəti altında agentin nəinki geniş informasiya imkanları olub, o, hətta Azərbaycan hökumətinin tərkibinə təsir göstərməyə qadir olub. Mənbə xüsusən onu qeyd edir ki, 2005-ci ildə Bakıda bir sıra yüksək vəzifəli şəxslərin həbsilə nəticələnən dövlət çevrilişi cəhdinin “üstünün açılması” üçün də Şərifovdan istifadə olunub. Təxminən bu vaxtlarda Şərifovun “məsləhət xidmətinə görə” ona Türkiyənin “Torcas” şirkəti vasitəsilə aybaay ödənişlər edilməyə başladı. Rusiyanın xüsusi xidmət orqanları belə hesab edirlər ki, Türkiyə NATO üzvü kimi, əldə etdiyi kəşfiyyat məlumatlarını ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsilə bölüşür. Hadisələrin sonrakı inkişafı Rusiya xüsusi xidmət orqanlarında əminlik yaratdı ki, Şərifov üzərində işə ABŞ kəşfiyyatçıları da qoşulub.

1992-ci ildə Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi Rusiya Federal Təhlükəsizlik Xidmətinə gizli şəkildə xəbər verib ki, amerikalılar Azərbaycanın Beynəlxalq Valyuta Fonduna üzvlüyü ilə bağlı danışıqlarda Şərifovun da iştirakında israrlıdır.

BVF-nin Bakı ofisindən oğurluq

Bu, Sovet İttifaqının dağılmasından az sonra tutqun bir vaxta təsadüf edirdi. Ona görə də Azərbaycan hökumətində heç kim soruşmadı ki, amerikalılar niyə Şərifova görə canfəşanlıq edirlər. Bununla belə, Milli Təhlükəsizlik Hazirliyi buna şübhə ilə yanaşdı. Çünki Şərifov heç vaxt amerikalılarla işləməmişdi və ABŞ-la heç bir əlaqəsi olmamalı idi. Amerikalıların birdən-birə Şərifovla iş görmək istəməsi Bakıda və Moskvada böyük şübhə ilə qarşılandı. Azərbaycanın təhlükəsizlik nazirliyi Şərifovun ABŞ hökumətilə şübhəli əlaqələrini araşdırmağa başladı, lakin birdən gözlənilməz hadisə baş verdi: Beynəlxalq Valyuta Fondunun Bakı nümayəndəliyinin ofisinə gecə yarısı naməlum şəxslər daxil olaraq, 1992-ci ildəki danışıqlara aid bütün materialları oğurladılar. Şərifovla bağlı araşdırmalar yenidən tilsimə düşdü…

Xələf Xələfovun vasitəçiliyi

Xələf Xələfov

Rusiya KQB-sindəki mənbənin sözlərinə görə, bir müddət sonra ABŞ-ın kəşfiyyat icmasına sızmaq mümkün oldu. Nəticədə, bir çox başqa məsələlərlə yanaşı, həm də o məlumat əldə olundu ki, Şərifov gizli agentə çevrilib. Əldə olunan məlumata əsasən, Şərifov ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı Yucin Boll (qanun pozuntusundan qaçmaq üçün soyad dəyişdirilib) tərəfindən, Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovun köməyilə ələ alınıb. Xələfovun özünün də ABŞ xüsusi xidmət orqanları ilə gizli  əlaqələri vardı…

Previous Post

“KQB” agentindən şok ittiham – Samir Şərifov xarici ölkələrə “işləyir”

Next Post

ABŞ gündəlik hasilatı azaldır

Bənzər yazılar

Zelenski: Ukrayna işğal olunmuş əraziləri Rusiyanın tərkib hissəsi kimi tanımayacaq

Zelenski: Ukrayna işğal olunmuş əraziləri Rusiyanın tərkib hissəsi kimi tanımayacaq

24 Oktyabr 2026 - 12:01

“Ukrayna Rusiya ilə sülh sazişi imzalamağa və hərbi əməliyyatları mövcud təmas xətti boyunca dayandırmağa hazırdır. Bununla belə, Kiyev müvəqqəti işğal...

“Çoxsaylı sənədlərin qəbul olunması bu sahədə vəziyyəti yaxşıya doğru dəyişmir” – Qüdrət Həsənquliyev

“Çoxsaylı sənədlərin qəbul olunması bu sahədə vəziyyəti yaxşıya doğru dəyişmir” – Qüdrət Həsənquliyev

23 Oktyabr 2026 - 16:09

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında "Aqrar sahə haqqında" Azərbaycan...

Aİ Böyük Britaniyadan bunu TƏLƏB EDƏCƏK

Aİ Böyük Britaniyadan bunu TƏLƏB EDƏCƏK

23 Oktyabr 2026 - 14:00

Avropa İttifaqı (Aİ) Böyük Britaniya, Kanada və Yaponiyanı 2027-ci ildə Ukraynaya maliyyə dəstəyini artırmağa inandırmaq niyyətindədir. Elchi.az xəbər verir ki,...

Trampdan İran açıqlaması: “Bəlkə bir az da irəli gedə bilərik”

Trampdan İran açıqlaması: “Bəlkə bir az da irəli gedə bilərik”

23 Oktyabr 2026 - 10:45

ABŞ Prezidenti Donald Tramp İrana bir çox cəhətdən ciddi ziyan vurduqlarını bildirərək, "Bir az daha irəli gedə bilərik" dedi. Elchi.az...

Next Post

ABŞ gündəlik hasilatı azaldır

ABŞ gündəlik hasilatı azaldır

Son xəbərlər

Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə

Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə

24 Oktyabr 2026 - 15:49
Azərbaycan şahmatçıları Avropa Kubokunda 2 medal qazandılar

Azərbaycan şahmatçıları Avropa Kubokunda 2 medal qazandılar

24 Oktyabr 2026 - 15:47
Niyaməddin Orduxanlı: “Azərbaycanın əzəli torpaqları zorla erməniləşdirilib” – VİDEO

Niyaməddin Orduxanlı: “Azərbaycanın əzəli torpaqları zorla erməniləşdirilib” – VİDEO

24 Oktyabr 2026 - 15:35
“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib

“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib

24 Oktyabr 2026 - 14:50
Sabah leysan olacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

Sabah leysan olacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

24 Oktyabr 2026 - 14:48
ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

24 Oktyabr 2026 - 14:07
İnfantino və AFFA rəhbərliyi Hövsan Yarış Kompleksini ziyarət ediblər

İnfantino və AFFA rəhbərliyi Hövsan Yarış Kompleksini ziyarət ediblər

24 Oktyabr 2026 - 13:43
Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

24 Oktyabr 2026 - 13:34
“Barselona” ilə oyun zamanı futbolçunun evinə oğrular girdi

“Barselona” ilə oyun zamanı futbolçunun evinə oğrular girdi

24 Oktyabr 2026 - 13:19
Sabah şimşək çaxacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq

Sabah şimşək çaxacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq

24 Oktyabr 2026 - 12:40
Rusiyanın Oryol şəhərinə hücum nəticəsində üç nəfər ölüb

Rusiyanın Oryol şəhərinə hücum nəticəsində üç nəfər ölüb

24 Oktyabr 2026 - 12:16
Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb

Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb

24 Oktyabr 2026 - 12:11
FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır – FOTO/VİDEO

FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır – FOTO/VİDEO

24 Oktyabr 2026 - 12:08
Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

24 Oktyabr 2026 - 12:07
Zelenski: Ukrayna işğal olunmuş əraziləri Rusiyanın tərkib hissəsi kimi tanımayacaq

Zelenski: Ukrayna işğal olunmuş əraziləri Rusiyanın tərkib hissəsi kimi tanımayacaq

24 Oktyabr 2026 - 12:01
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.