“Komsomolskaya Pravda” nəşriyyatının müharibə müxbiri Aleksandr Kots Ukrayna ordusu tərəfindən Donetskin kütləvi şəkildə atəşə tutulması barədə sərt danışıb.
Elchi.az xəbər verir ki, onun sözlərinə görə, şəhərdəki mülki hədəflərə zərbələr endirən topçular təslim olmaq istəsələr belə məhv edilməlidir.
“Donetski dəmirləyən ukraynalı artilleriyaçılar ələ keçirilmir. Onlar zərərsizləşdirilməlidir. Bu qədər. Təslim olmaq istəsələr belə”, – o, Teleqram kanalında yazıb.
Hərbi komissar vurğulayıb ki, bu, onun şəxsi fikridir, KP ilə heç bir əlaqəsi yoxdur.
Bundan əvvəl Kots bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Donetskə endirdiyi zərbələr cavab tədbiri deyil, kürəyindən iyrənc bıçaq zərbələridir.
Şayəstə