Avropalı nazirlər naviqasiya xidmətlərinin genişləndirilməsi və qarşıdakı üç il ərzində kosmosdakı maliyyələşməni 25 faizdən çox artırmaq barədə razılığa gəlmək üçün Parisdə görüşəcəklər.
Elchi.az News.am-a istinadən xəbər verir ki, Avropa Kosmik Agentliyi 22 ölkə ilə bərabər 2023-2025-ci illər üçün dövlət maliyyəsi, eləcə də Ukraynadakı müharibə ilə bağlı müzakirələr aparacaq.
Noyabrın 23-də baş tutacaq danışıqlar ərəfəsində agentliyin idarə heyətinin rəhbəri Anna Ratsman deyib:
“Agentliyə üzv dövlətlərin çoxlu fikirləri var. NASA-nın yeni Avropa Xidmət Modulu Ay raketinin pilotsuz buraxılışından bir neçə gün sonra Paris görüşündə Aya yeni logistika eniş aparatı olan “Arqonavt” üçün planları müzakirə edəcək. Eyni zamanda kosmosa ayrılan maliyyənin kəskin şəkildə artırılması barədə fikir mübadiləsi aparılacaq. Avropa hazırda Amerika şirkətlərinin üstünlük təşkil etdiyi kosmosun kommersiyalaşdırılmasında iştirakını artırmağa çalışır.
Yeganə