"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Korrupsiya və rüşvətxorluğa qarşı ağır silah – İctimai Nəzarət

10 Noyabr 2015 - 12:16
in XƏBƏR LENTİ
FacebookVatsap

Azərbaycan demokratik dəyərlərə söykənən dünyəvi bir dövlət quruculuğu yolu keçir. Bu yolun başlanğıcında qarşılaşdığımız maneələr mərhələli şəkildə aradan qaldırılır və nəticədə sərbəst, hərtərəfli inkişafa geniş imkanlar açılır. Tutduğumuz yol şübhəsiz ki, bundan sonra da hamar olmayacaq. Lakin bu yolun rahat keçilməsini təmin edə biləcək bir neçə amil var ki, onlardan biri də ictimai nəzarətdir.

Ölkə Konstitusiyası, “Əmək Məcəlləsi”, “İctimai iştirakçılıq haqqında” Qanun, “İnformasiya əldə etmək haqqında” Qanun, “Polis haqqında” Qanun və başqa qanunlar cəmiyyətimizdə ictimai nəzarətin ən yüksək səviyyədə olmasının tam hüquqi bazasını formalaşdırır.

Bunu da oxuyun

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

Məkkə sazişinə qoşulanların sayı arta bilər

Heç şübhəsiz ki, ictimai nəzarət dövlət idarəçiliyinin bütün sahələrini əhatə etməlidir. Lakin biz bu təhlilimizdə ictimai nəzarətin yalnız bir istiqaməti üzərində dayanacağıq. Konkret desək, biznesin inkişafı yolunda əngələ çevrilmiş neqativlərə – rüşvət və korrupsiyaya qarşı mübarizədə dövlətin atdığı addımlar və bu addımların səmərə verməsi üçün ictimai nəzarətin oynadığı roldan bəhs edəcəyik.

Hər kəsə artıq tam aydındır ki, ölkə başçısı ictimai nəzarətin işlək mexanizmə çevrilməsində maraqlıdır və o bunu əksər çıxışlarında vurğulayır. Sual oluna bilər: Nə üçün Prezident korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə ictimai nəzarətin rolunun artırılmasına bu qədər önəm verir? Nə üçün o hər kəsi rüşvət və korrupsiyaya qarşı mübarizədə maksimum aktiv olmağa səsləyir? Bu sualların bir cavabı var: Problemin həllində ictimai nəzarətin verə biləcəyi səmərəni o hər kəsdən yaxşı bilir və bunu dəqiq hesablayır. Bu gün ölkə iqtisadiyyatının diversifikasiya edilməsi istiqamətində atılan addımlar ölkə başçısının müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının daha sürətlə reallaşdırılmasına yönəlib. Bu yolla daha sürətlə irəliləmək və daha yaxşı nəticələrin əldə olunması isə qarşıda olan maneələrin aradan qaldırılmasından çox asılıdır. Prezidentin azad sahibkarlığın inkişafına əngəl olan bütün məqamlara qarşı nə qədər barışmaz mövqedə dayandığını onun rüşvət və korrupsiyaya qarşı elan etdiyi müharibədən və bu yolda ictimai nəzarətə verdiyi önəmlə bağlı söylədiyi fikirlərdən tam aydın görmək olar .
Ölkə başçısının ictimai nəzarətə xüsusi əhəmiyyət verdiyini göstərən faktlardan biri və bəlkə də birincisi, onun 22 noyabr 2013-cü il tarixdə imzaladığı, 2014-cü il iyunun 1-dən qüvvəyə minmiş “İctimai iştirakçılıq haqqında” Qanundur. Qanunun 3.0.2. maddəsində söhbət konkret olaraq mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsindən gedir.

Bu il may ayının 27-də Respublika Günü münasibətilə təşkil olunmuş rəsmi qəbulda isə dövlət başçısı idarəetmə sahəsində aparılan müsbət islahatlardan bəhs edərkən ictimai nəzarət məsələlərinə dair mövqeyini kifayət qədər açıq şəkildə ortaya qoydu. Onun bu xüsusda səsləndirdiyi fikirləri xatırlamaq yerinə düşər: “İctimai nəzarət olmasa ölkəmiz uğurla inkişaf edə bilməz. Bir adam – Prezident, yaxud da ki, rəhbər işçilər hər bir sahəni daim diqqət mərkəzində saxlaya bilməz. Ona görə, bəzi hallarda qanunsuzluqlar, qanun pozuntuları, sosial ədalətin pozulması halları baş verir. Bu, bizi çox üzür. Biz buna yol verə bilmərik. Bunun qarşısını almaq üçün mütləq çox güclü ictimai nəzarət olmalıdır”.

Nazirlər Kabinetinin cari ilin 9 ayının yekunlarına həsr olunmuş 12 oktyabr tarixli iclasında Prezident ictimai iştirakçılıq mövzusuna növbəti dəfə toxunaraq bu mexanizmi korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə əsas silah kimi xarakterizə etdi: “Vətəndaşlardan da çox şey asılıdır. Mən dəfələrlə çıxışlarımda vətəndaşlara müraciət edərək onları daha da fəal olmağa çağırmışam. İctimai nəzarət gücləndirilməlidir. İctimai nəzarət olmadan korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə biz qalib gələ bilmərik. Ona görə, dövlət siyasəti, güclü siyasi iradə artıq özünü göstərir və müsbətə doğru dəyişikliklər də var. İnstitusional tədbirlər görülür, islahatlar aparılır və bu mübarizə geniş ictimai dəstəyə malikdir. Ancaq bu dəstək daha da fəal olmalıdır”.

Prezidentin bu çağrışları ilə onun ölkədə sahibkarlığın inkişafı yolunda atdığı qətiyyətli addımlar arasında tam bir paralellik müşahidə olunur. Bu gün dövlət tərəfindən ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində atılan addımlar bir daha sübut edir ki, hakimiyyət ölkə iqtisadiyyatının neftdən asılılığını optimallaşdırmaq yolundakı fəaliyyətini daha da intensivləşdirmək əzmindədir. Bu kursun uğurla reallaşdırılmasında isə ictimai nəzarətin rolu əvəzsizdir. Heç kəs heç nədən çəkinməməlidir. Bu vətən, bu dövlət hər birimizindir. Dövlətin başçısı müəyyən etdiyi iqtisadi inkişaf kursunun reallaşmasına maneə ola biləcək bütün neqativlərə qarşı hər kəsi birgə mübarizəyə səsləyir. Sahibkarlar heç nədən çəkinməməlidirlər. Onlar bir məsələni bilməlidirlər ki, inkişafa əngəl olan neqativləri aradan qaldırmaq yolunda ölkə Prezidenti onların yanındadır. Bundan böyük daha hansı dəstək ola bilər ki?

Fikrət Yusifov
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri,
Iqtisad elmləri doktoru, professor

Previous Post

Korrupsiya və rüşvətxorluğa qarşı ağır silah – İctimai Nəzarət

Next Post

“AĞ blok” partiyaya çevrilir

Bənzər yazılar

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33

Türkiyənin Hakkari şəhərinin Yüksekova rayonunda canlı arı pətəklərinin içərisindəki şanların arasına gizlədilmiş vəziyyətdə 91,1 kq narkotik vasitə ələ keçirilib. Elchi.az...

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32

İtaliyanın Qarda gölü yaxınlığındakı çadır düşərgəsində baş verən yanğın nəticəsində 10-dan çox insan xəsarət alıb. Elchi.az xəbər verir ki, bu...

Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın imzaladığı Məkkə sazişinə altıdan çox ölkə qoşulmaq istəyir. Elchi.az "Haber Global"a istinadən xəbər verir ki,...

İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin təklifinə cavab verib

04 Oktyabr 2026 - 12:55

İran ABŞ-nin irəli sürdüyü təklifə cavabını Qətər vasitəsilə Amerika tərəfinə çatdırıb və bununla da nüvə proqramı ilə bağlı müzakirələrin yenidən...

Next Post

“AĞ blok” partiyaya çevrilir

KQB generalı: Moskva təyyarəni özü partladıb

Son xəbərlər

“Səssiz tələ” sənədli filmi təqdim olunub

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15
Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33
İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32
Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08
İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin təklifinə cavab verib

04 Oktyabr 2026 - 12:55
Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

04 Oktyabr 2026 - 12:52
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

04 Oktyabr 2026 - 12:39
Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

04 Oktyabr 2026 - 12:33
SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

04 Oktyabr 2026 - 11:13
Merts Ukraynaya elan olunmamış səfər edib

Merts Ukraynaya elan olunmamış səfər edib

04 Oktyabr 2026 - 11:11
Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

04 Oktyabr 2026 - 11:10
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

04 Oktyabr 2026 - 11:08
4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

04 Oktyabr 2026 - 00:00
Filosof İoanna Kuçuradi vəfat edib

Filosof İoanna Kuçuradi vəfat edib

03 Oktyabr 2026 - 23:00
İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

03 Oktyabr 2026 - 21:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.