Koronavirusun ABŞ-a vurduğu iqtisadi ziyan: 14 trilyon dollar…

79

Koronavirus pandemiyası səbəbindən ABŞ iqtisadiyyatına dəyən iqtisadi ziyan hazırda təxminən 14 trilyon dollar qiymətləndirilir.

Elchi.az News.am-a istinadən bildirir ki, bu barədə Amerikanın “Los Angeles Times” qəzeti öz hesablamalarında qeyd edib.

Bildirilib ki, 2020-ci ildən 2023-cü ilə qədər təkcə vətəndaşlara lazımi tibbi xidmətin göstərilməsi ilə bağlı birbaşa xərclər təxminən 214 milyard dollar təşkil edib:

“2020-ci ildən 2023-cü ilə qədər ABŞ-ın xalis iqtisadi nəticəsi təxminən 103 trilyon dollar təşkil edəcək. Təhlillərimizə görə, əgər ortaq maliyyələşmə olmasaydı, bu rəqəm təxminən 117 trilyon dollar olardı. Bu müddət ərzində əsasən xəstəxanaya yerləşdirmə ilə bağlı birbaşa səhiyyə xərcləri təxminən 214 milyard dollar təşkil edib”, – məqalədə deyilir.

Yeganə