Kremlin sözçüsü Dmitri Peskov Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulduğu iddia edilən Rusiyaya məxsus “Kinjal” raketləri ilə bağlı məlumatlara münasibət bildirib.
Elchi.az bu barədə Rusiyanın mk.ru saytına istinadən xəbər verir.
“Prezident Vladimir Putin və texniki mütəxəssislərimiz dəfələrlə “Kinjal” raketlərinin unikal xüsusiyyətlərə malik olduğunu təsdiqləyib”, -deyə Peskov bildirib.
O, həmçinin qeyd edib ki, Ukraynada bu tipli raketlərin istifadəsi barədə məlumatı yoxdur, çünki bu, Rusiya Müdafiə Nazirliyinin səlahiyyətindədir.
Xatırladaq ki, mayın 9-da Pentaqon Ukrayna Silahlı Qüvvələrinin “Patriot” hava hücumundan müdafiə sistemindən istifadə edərək hipersəs “Xəncər”i vura bildiyini bildirmişdi.
Yeganə