“Ukrayna real kompromislərə getməyə hazırdır”.
Elchi.az xəbər verir ki, bu barədə Ukrayna prezident Volodimir Zelenski Teleqramda bildirib.
“Biz real kompromislərə hazırıq. Amma müstəqilliyimiz və suverenliyimiz bahasına kompromislərə getmirik”, – o yazıb.
Zelenskinin sözlərinə görə, Kiyev ABŞ-la qarşılıqlı güzəştləri müzakirə etməyə hazırdır. O, bəyan edib ki, istənilən bu cür qərarlar Ukraynanın ərazi bütövlüyü və suverenliyinə hörmət etməlidir.
Yeganə





















