ABŞ dövlət katibi Marko Rubio bildirib ki, köhnə dünya artıq mövcud deyil və dünya bizim gözümüzün qarşısında dəyişir.
Elchi.az xəbər verir ki, o, bəyan edib ki, bəşəriyyət geosiyasətdə yeni dövrə qədəm qoyur və bu, ölkələrin roluna və beynəlxalq münasibətlərə yanaşmalara yenidən baxılmasını tələb edir.
Bu barədə o, fevralın 13-dən 15-dək Almaniyada keçiriləcək Münhen Təhlükəsizlik Konfransında avropalıların ondan nə eşidəcəkləri ilə bağlı sualı cavablandırarkən deyib.Brifinq materialları ABŞ Dövlət Departamentinin saytında dərc olunub.
“Biz yeni geosiyasət erasında yaşayırıq və bu, hamımızdan bunun necə göründüyünü və rolumuzun nədən ibarət olacağını bir növ yenidən düşünməyi tələb edəcək”,-Rubio qeyd edib.
Rubio qeyd edib ki, ABŞ müttəfiqləri ilə fəal şəkildə dialoq aparır və çox güman ki, konfransda Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcək: “Onu görmək şansım var. Düşünürəm ki, bu, mənim cədvəlimdə var. Dəqiq deyə bilmərəm, amma baş vermə ehtimalı var”, – o deyib.
Yeganə





















