İŞİD-in ələ keçirdiyi Kobanidən son dəqiqə xəbərləri gəlməyə başlayıb.
Axar xəbər verir ki, şəhərin mərkəzi küçələrində İŞİD-lə kürdlər arasında kəskin qarşıdurma gedir. Hər iki tərəfdən çoxlu sayda ölən və yaralananlar var. İŞİD çox çətinliklə də olsa, şəhərin mərkəzinə doğru irəliləməyə davam edir.
Bir neçə saat əvvəl Kobanidən jurnalistlər də daxil olmaqla 300 nəfər təxliyyə edilib. Hal-hazırda Kobanidə qanlı qarşıdurma davam edir.