Vinnitsa və Odessada da partlayış səsləri eşidilir.
Yerli KİV-in məlumatına görə, Ukraynanın bir neçə bölgəsində partlayış səsləri eşidilib.
Elchi.az Strana.ua-ya istinadən xəbər verir ki, partlayış səsləri Kiyev və Dnepropetrovsk vilayətlərində eşidilir. Həmçinin, Vinnitsa və Odessada partlayış səsləri gurultuludu.
Öz növbəsində, Klymenko time yazır ki, partlayışlar Nikolayev vilayətində baş verib. Bu arada Nikolaev, Krivoy Roq və Odessada elektrik nəqliyyatı dayandırılıb. “Odesgorelektrotrans” izah edib ki, tramvay və trolleybusların hərəkəti raket zərbəsi təhlükəsi ilə əlaqədar dayandırılıb.
Şayəstə