“Kiyev Gürcüstana hərbi texnika ilə bağlı 30 rəsmi müraciət göndərib”.
Elchi.az News.am-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın “Palitranews” telekanalının efirində Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanov məlumat verib.
Onun sözlərinə görə, Ukrayna hakimiyyəti Gürcüstandan “Buk” zenit-raket komplekslərini əbəs yerə istəməyib və almağa hazırdır:
“Vurğulamaq istəyirəm ki, Ukrayna artıq Gürcüstanın Müdafiə Nazirliyinə 30 rəsmi sorğu göndərib. Bu sorğunun sonuncusu 2023-cü ildə olub və yanvarın 12-də Ukrayna səfirliyi tərəfindən göndərilib. Ancaq həmin sorğular cavabsız qalıb”.
Kasyanovun sözlərinə görə, Ukrayna faydalı şərtlərlə “Buk” zenit-raket komplekslərini almağa hazırdır.
Yeganə