Yaponiyanın sabiq Baş naziri Sindzo Abeyə qarşı sui-qəsddə şübhəli bilinən şəxs onu öldürmək niyyətində olub.
Elchi.az NHK-yə istinadən xəbər verir ki, o, bu barədə ilkin dindirmə zamanı bildirib.
Şübhəli şəxs müstəntiqlərə keçmiş Baş nazirdən narazı olduğunu və onu öldürmək istədiyini qeyd edib.
İstintaqdakı mənbələr NHK-ya hadisə yerindən ələ keçirilən silahın kustar üsulla hazırlandığını bildirib.
41 yaşlı şübhəli Tetsuya Yamaqami atışmanın baş verdiyi Nara şəhərində yaşayır. Polis mənbələrindən bildirilib ki, şübhəli şəxs təxminən 2005-ci ilə qədər Dəniz Özünümüdafiə Qüvvələrində xidmət edib.