Yaponiyanın baş naziri Fumio Kişida iqlim dəyişikliyi və Ukraynadakı müharibə kimi mövzularda “açıq və strateji müzakirə”yə çağırıb.
Elchi.az xəbər verir ki, Kişida G7 liderlərini Xirosimaya salamlayarkən deyib: “Böyük yeddilik fundamental dəyərləri bölüşən bir qurum olaraq beynəlxalq cəmiyyətin mühüm problemlərinə effektiv cavab verməli və dünyaya rəhbərlik etməlidir”.
O, bunun üçün iki “sütun”a işarə etdi: qanunun aliliyinə əsaslanan azad və açıq beynəlxalq nizam və G7-dən kənarda beynəlxalq tərəfdaşlarla iştirakı gücləndirmək.
Şayəstə Hüseynova