Şimali Koreya lideri Kim Çen In 9 May Qələbə Günü münasibətilə Rusiya prezidenti Vladimir Putinə təbrik məktubu göndərib.
Elchi.az Yonhap-a istinadən xəbər verir ki, Kim, Sovet İttifaqının İkinci Dünya Müharibəsində nasist Almaniyasını məğlub etməsinin ildönümü münasibətilə Rusiyada qeyd olunan 9 May Qələbə Günü münasibətilə Putinə mesaj göndərərək, Rusiyanın “bütün çətinlikləri öhdəsinə götürəcəyini” bildirib.
Kim bəyan edib ki, Rusiya “imperialistlərin özbaşınalıqlarına qarşı beynəlxalq ədaləti təmin etmək üçün müqəddəs mübarizə aparır”.
Şayəstə Hüseynova