ABŞ-ın texnologiya şirkətlərindən biri olan “Apple”ın həmtəsisçisi Stiv Voznyak bildirib ki, süni intellekt saxtakarlığı aşkar etməyi və dezinformasiyanın qarşısını almağı daha da çətinləşdirir.
Elchi.az xəbər verir ki, bu barədə BBC-yə açıqlamalar verən Wozniak, süni intellektin faydalı tərəfləri ilə yanaşı zərərli tərəflərinin də olduğunu və texnologiyanın “zərərli” insanlar tərəfindən istifadə edildiyi zaman təhlükəli ola biləcəyini bildirib.
Zərərli insanların süni intellektin köməyi ilə insanları daha asan aldada biləcəyi barədə xəbərdarlıq edən Wozniak, süni intellektlə edilən saxtakarlıqları aşkar etmək və dezinformasiyanın qarşısını almaq çox daha çətin ola biləcəyini qeyd edib.
Voznyak bildirib ki, süni intellekt insanı əvəz edə bilməz, çünki heç bir duyğu yoxdur, ancaq ChatGPT kimi proqramlar sayəsində edə bilər.
Şayəstə Hüseynova