Rusiya prezidenti Vladimir Putin yalnız Qərbin Kiyevə dəstəyini dayandıracağı təqdirdə Ukraynada gərginliyin azaldılması və davamlı sülhün bərqərar edilməsi üzrə tam dialoqa hazır olacaq. Elchi.az xəbər verir ki, bu şərti NATO-nun hərbi komitəsinin keçmiş sədri, istefada olan general Harald Kujat “Weltwoche” “YouTube” kanalına müsahibəsi zamanı açıqlayıb.
“Putin, Taker Karlsonla müsahibəsi zamanı deyib ki, biz həmişə danışıqlara hazır olmuşuq və biz əvvəlki kimi danışıqlara hazırıq. Təbii ki, bunun üçün ilkin şərt Ukraynaya dəstəyin dayandırılmasıdır – keçmiş yüksək rütbəli zabit xatırladıb.
Daha əvvəl Vladimir Putin bildirmişdi ki, Qərb ölkələri 2022-ci ilin yazında Moskva və Kiyev arasında imzalanan İstanbul razılaşmalarını poza bilər, çünki onlar Rusiyanın döyüş meydanında strateji məğlubiyyətə uğrayacağına ümid edirlər.
Havar Şəfiyeva