"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Keçmiş baş prokuror sükutu pozdu – ilginc ittihamlar…

14 May 2016 - 19:47
in XƏBƏR LENTİ
FacebookVatsap

 

Bunu da oxuyun

Zəlzələlərin sürətli müəyyənləşdirilməsi sistemlərinin təkmilləşdirilməsi müzakirə edilib

Səudiyyə Ərəbistanında hücumlardan sonra “Şərq-Qərb” neft kəmərinin işi dayandırılıb

Rusiyada yük maşını ilə mikroavtobus toqquşub, 10-dan çox insan ölüb

ixtiyar

İxtiyar Şirin “Yeni Müsavat”a heyrətamiz faktlar açıqladı; “Sürət Hüseynov dedi ki, biz o torpaqları ermənilərə əl borcu vermişik”;“Azərbaycan 1994-cü ilin atəşkəsindən imtina etməlidir”

Milli Konqres Partiyasının sədri, keçmiş baş prokuror İxtiyar Şirin aktiv siyasətə qayıdıb. Son illərdə mətbuatda, siyasi arenada görünməyən partiya sədri hazırda bir neçə siyasi qurumun təsis etdiyi Antiböhran Koalisiyasında təmsil olunur.

İ.Şirinlə ofisində siyasətdən uzaqlaşması və geri dönüşü barədə, eləcə də, baş prokuror işlədiyi 1992-93-cü illərdə Azərbaycanda baş verən, hazırda ölkədə cərəyan edən proseslər barədə söhbət etdik.

– Son illərdə siyasətdən uzaqlaşmışdınız. Geri dönüşə səbəb nə oldu?

– Siyasətdən getməmişdim. Bu illər ərzində də yoxa çıxmamışdım. Sadəcə, mətbuat bizdən uzaqlaşmışdı. Çox sevinirəm ki, uzun illərdən sonra qəzetiniz bizə üz tutub və müsahibə alır. Buna görə “Yeni Müsavat”a xüsusi təşəkkür edirəm.

– Hər siyasi proseslərdə aktiv iştirakınız yox idi. Bəlkə müxalifətdəki ümumi durğunluq siyasətdən getməyinizə dair fikirlərin formalaşmasına səbəb olub?

– Azərbaycan müxalifəti son illər ən ağır dövrünü yaşayır. Daxildə olan parçalanmalar, bir-birinə olan münasibətlər, aktual siyasi məsələlərdən kənarda qalmalar, ölkənin milli məsələlərini birlikdə müzakirə etmək üçün cəhdlərin olmaması müxalifəti kölgədə qoyub. Bunun yerini müxalifətdaxili münaqişələr tutub. Özünü gündəmdən çıxaran müxalifətdir. Amma son aylar təkcə Antiböhran Koalisiyasında deyil, digər qurumlarda da Azərbaycan mövzusu müzakirə olunmağa başlayıb. Müxalifətin əsas vəzifəsi də budur. Azərbaycan məsələsinin hələ ki geniş müzakirə olunduğu birlik bizik. Müsavat və AXCP kimi partiyalar tək fəaliyyətə üstünlük verirlər. Hazırda problemlərimiz o həddə çatıb ki, bunu təkcə müxalifət qurumları deyil, iqtidar partiyası və ətrafı da müxalifətlə birlikdə müzakirə etməlidir. Qarabağ kimi hərbi və diplomatik yolla həlli mümkün olan problemimiz var. Digər tərəfdən neftin qiymətinin aşağı düşməsi ilə iqtisadiyyatımızın nə yerdə olduğu üzə çıxdı. İqtidar və müxalifətin bir yerdə olmasının tam zamanıdır. Müxalifət şəxsi maraqlarını kənara qoyub, bu işlərlə birlikdə məşğul olmalıdır. Siyasəti mən belə düşünürəm. Mənə deyirsiniz ki, son illərdə yox idiniz. Bu illərdə Azərbaycanın problemləri ilə bağlı səslər eşidilmirdi. Buna təəssüflənirəm. Ancaq daxili qarşıdurmalar gündəmdə idi. Mətbuat da düşünürdü ki, əsas aktual məsələ bunlardır. Amma partiya olaraq, daim bu işlərlə məşğul olmuşuq.

– Cəbhədə baş verən məlum prosesləri necə dəyərləndirirsiniz?

“16 minlik təcrübəli ordunu türklər bizə verəcəkdilər”

–  1993-cü ildən bu yana Azərbaycan Qarabağ probleminin həlli istiqamətində böyük uğursuzluqlara düçar olmuşdu. Atəşkəslə bağlı imzalanan “Bişkək” protokolu ölkəmizi məğlub göstərmək üçün ciddi sənəd idi. Dağlıq Qarabağ da faktiki tərəf kimi tanınmışdı. 1994-cü ildə bağlanan atəşkəsdən sonra gedən danışıqların heç biri Azərbaycanın xeyrinə olmadı. ATƏT-in Minsk qrupunun meydana çıxması Türkiyənin bu prosesdə təsirini aradan qaldırdı. Rusiya, Fransa və ABŞ kimi dövlətlər həmsədrlərə çevrildilər. Bu dövlətlər isə ermənilərin dostudurlar. Biz Qarabağ məsələsini ermənilərin dostlarının əllərinə verdik. Bu dövlətlər 3 təklif irəli sürdülər. Biri problemin həlli ilə bağlı idi ki, Azərbaycan ona imza atdı. İkinci təklif paket həll planı idi.

Azərbaycan yenə imza atdı, lakin Ermənistan qəbul etmədi. Yaxşı ki, belə addım atdılar. Üçüncü təklif ümumi dövlət həlli prinsipi idi. Yəni Azərbaycan və Dağlıq Qarabağ birlikdə dövlət yaradırdı, adı isə məlum deyildi. Azərbaycan bundan imtina etdi. Rəhmətlik Heydər Əliyev bu təklifləri parlamentin müzakirəsinə verdi. Nəticədə hər üç təklifdən imtina qərarı verildi. Həmin təkliflər bizim üçün çox aşağılayıcı idi. Azad ediləcək ərazilərə ermənilər istənilən vaxt girə bilərdilər. Uzun müddət sonra – 2007-ci ildən başlayaraq yeni təkliflər meydana çıxdı. Söhbət “Madrid prinsipləri”ndən gedir.

Bu, ölkəmiz əleyhinə olan təkliflərdir. Bunu Azərbaycan qəbul edərsə, Dağlıq Qarabağın öz müqəddəratını təyin etmək hüququnu tanıyır. Əvvəlki üç təklifdən daha ağırdır. Qarabağın bizdən alınmasını Minsk qrupu bu təkliflərin içərisinə qoyub. Azərbaycan bu yolla gedərsə, Qarabağ bizim olmayacaq. Ona görə hazırda gedən sülh danışıqlarının ölkəmizin xeyrinə olduğunu düşünmürəm. Azərbaycan danışıqlara davam etmək istəyirsə, ilk növbədə 1994-cü ilin atəşkəsindən imtina etməlidir. Ötən ay yeni atəşkəs imzalandı.

Apreldəki döyüşlərin ən böyük əhəmiyyəti budur. Ölkəmiz “Madrid prinsipləri”ndən də imtina etməlidir. Əgər etməsə, baxmayaraq ki, aprel döyüşlərində qələbə qazanıb, amma danışıqlarda bu şans yoxdur. Nəticədə Dağlıq Qarabağ itiriləcək. Hakimiyyətin üzərinə ağır vəzifələr düşür. Azərbaycan məsələnin hərbi yolla həllinə daha çox üstünlük verməlidir. Ermənistan üzərində daha ciddi uğur qazanılmasa, danışıqların müsbət nəticəsinə inanmıram. Başqa yolumuz da qalmayıb. Əvvəl-axır Azərbaycan müharibə yolunu seçəcək.

“Azərbaycan 1994-cü ilin atəşkəsindən imtina etməlidir”

– Torpaqlarımızın işğalı vaxtı Azərbaycan rəhbərliyində təmsil olunmusunuz. İndiki situasiya həmin dövrdə olsaydı, torpaqlarımız itirilərdi?

– Torpaqlarımız onda getməyəcəkdi. Hər hansı bir situasiyaya ehtiyac yox idi. Azərbaycan torpaqlarını müdafiə etmək üçün Kəlbəcərin işğalından sonra ciddi işlər görmüşdü. Mən Kəlbəcərin işğalından sonra prezidentlə danışıb Türkiyəyə getdim. Süleyman Dəmirəl və hərbiçilərlə görüşüb, xeyrimizə qərarlar qəbul etdirdik. Təcrübəli ordu yaratmaq üçün Türkiyədən 175 zabit gətirdik. Kifayət qədər lazımi silah aldıq.

Məhz onların köməyi ilə BMT-də 822-ci qətnamə qəbul olundu. Türk ordusu Ermənistan sərhədlərində manevr edərək, ermənilərə işğal etdikləri Azərbaycan torpaqlarının geri qaytarılması üçün xəbərdarlıqlar etdi. Bundan sonra ermənilər Kəlbəcəri geri qaytarmaq üçün sənəd imzaladılar. Ancaq daxili düşmənlər xaricilərlə birləşib, bu prosesi davam etdirməyə mane oldular. Gəncədə 4 iyun qiyamı törədildi, ordumuz darmadağın edildi, ölkə qarışdı. Dövlət də sıradan çıxarıldı. Əks halda sentyabr ayında Kəlbəcər azad olunacaqdı.

Həmin ilin oktyabrından etibarən hər üç aydan bir 16 minlik təcrübəli ordunu türklər bizə verəcəkdilər. Azərbaycanın heç bir rayonu işğal olunmayacaqdı. Ancaq satqın müxalifət, vəzifə hərisləri, rusların buradakı əlaltıları Azərbaycanı yıxdılar və bir neçə ay ərzində torpaqları təhvil verdilər. Sürət Hüseynov dedi ki, biz o torpaqları ermənilərə əl borcu vermişik. Bu nə deməkdir? Vətənə xəyanət deyil?

O cümlədən, onunla birlikdə olan hər kəs vətənə xəyanət ediblər. 4 iyun qiyamı olmasaydı, Azərbaycanın heç bir rayonu işğal olunmayacaqdı, Kəlbəcər də qaytarılacaqdı. Həmin proseslər başa çatsaydı, Azərbaycan güclü dövlətə çevriləcək, torpaqlarımız da azad olunacaqdı. İndi hamı birləşib, torpaqlarımızı azad etməliyik. Müxalifətdəki partiyalar buna kökləniblər. Parlamentdə olanları demirəm, onlar müxtəlif hava çalırlar.

– Elçibəyin həbsi ilə bağlı hazırlanan sanksiya sənədi ilə bağlı daim gündəmdəsiniz. Məhkəmə buna son qoysa da, tez-tez gündəmə bununla gəlirsiz…

– Əli Ömərov məhkəmədə böhtançı kimi tanınaraq, cərimələndi. Elçibəyə heç bir sanksiya verməmişəm. Məni istəməyənlər və bilməyənlər bunu qabardırlar. Həmin sənədi Nemət Pənahlı, Ömərov və digərləri hazırlayıblar. Pənahlı özü dedi ki, biz girov götürüləndə həmin saxta sənədi hazırlayıblar.

“İqtidar və müxalifətin bir yerdə olmasının tam zamanıdır”

– Surət Hüseynov azadlığa çıxdıqdan sonra onunla rastlaşmısız?

– Xeyr. Hesab edirəm ki, o cür şəxslə görüşmək lazımsızdır.

– Nə zamansa üz-üzə gəlsəniz, ona deyəcək sözləriniz varmı? 

– O, əlborcu verdiyi torpaqlar üçün Azərbaycan xalqının qarşısında nə vaxt cavab verəcək? Məni yalnız bu maraqlandırır. Xalqıma hesabat verib ki, verdiyi torpaqları necə qaytaracaq? Minlərlə vətəndaşımız o döyüşlərdə şəhid oldular. O, buna cavabdeh deyil?!

– Torpaqların işğalında əsas onu günahkar görürsünüz?

– Surət Hüseynov və onunla birlikdə olan hər kəs günahkardır. Kimlər ki, onu və Gəncə qiyamını müdafiə ediblər, hamısı məsuliyyət daşıyırlar.

– Laçının işğalı günü yaxınlaşır. 1992-ci ilin bu günlərini necə xatırlayırsınız?

–  Bu məsələlərin mahiyyətinə varmaq lazımdır. O dövrdəki hadisələrin yalnız bir səbəbi var. Vəzirov, Mütəllibov və Yaqub Məmmədov hakimiyyətləri bu hadisələrin mahiyyətinə ya varmadılar, ya da baş verənləri gizlətdilər. Həmin işğala qarşı mübarizə aparmadılar. Ancaq öz hakimiyyətlərini qorumaqla məşğul oldular. Hadisələrin əksəriyyəti erməni işğalına göz yuman hakimiyyətin dövründə baş verdi. Mütəllibovu nəzərdə tuturam. Çünki iki dəfə o, hakimiyyətdən uzaqlaşdırıldı. Bu çevrilişə hər cür ad qoymaq olar. Hər şey ölkəni xilas etmək üçün edilirdi.

Bu da xalq tərəfindən doğru qəbul edildi. Mütəllibov hazırda Bakıda oturub, Xocalı və digər hadisələrlə bağlı fikirlər bildirir. Ona məsləhət görərdim ki, ümumiyyətlə, bu məsələlərlə bağlı səsini çıxarmasa daha yaxşı olar. Çünki onun mövqeyi əvvəlki kimi yanlışdır. O dövrdə heç bir dövlət çevrilişi olmadı. Sadəcə, Azərbaycanı məğlubiyyətə aparan qüvvələrin uzaqlaşdırılması və daha ümidverici qüvvələrin hakimiyyətə gəlməsi prosesi baş verdi. Amma 4 iyun qiyamı birbaşa dövlət çevrilişi idi. Bunun başqa adı yoxdur.

– Yaqub Məmmədovun gedişini də dövlət çevrilişi kimi qəbul etmək olar?

– Orada məqsəd Məmmədovu devirmək deyildi. Sadəcə Mütəllibovu hakimiyyətə gətirmək üçün gedən proseslər idi. 15 may hadisələri komissiyasının sədri mən olmuşam. Araşdıranda məlum oldu ki, Ali Sovetin Mütəllibovu hakimiyyətə qaytarmaq səlahiyyəti yox idi. Bu, ancaq seçkilərlə ola bilərdi. Qanunsuz qərar verilmişdi. Özü də kvorum olmadan. Ona görə dövlət çevrilişi idi. Sadəcə, Ayaz bəyin tərəfdarları müxtəlif don geyindirirlər.

– Yaqub Məmmədov hakimiyyətdə qalsa necə olardı?

– Qarşıdan prezident seçkiləri gəlirdi. 17 mayda Ali Sovetin iclasında iştirak etmişəm. Məmmədov özü Ali Sovetin sədri qalmaq istəmirdi, istefa verdi. Ondan sonra sədrin kim olması gündəmə gələndə cəbhə iddiaçını irəli sürdü, hamı da onu müdafiə etdi. Fikir ayrılığı olmadı. Təkcə Heydər Əliyevlə bağlı məsələ oldu. Ona zəng etdilər, amma cavab gəlmədi. Onun namizədliyini irəli sürənlər var idi. Səsvermə üçün razılıq lazım idi.

– Həmin dövrdə əsas fiqurlardan biri də Rəhim Qazıyev idi…

“Rəhim Qazıyevin müdafiə naziri kimi cəbhə hakimiyyətində işinə davam etməsi yanlış qərar idi”

– Şuşanın verilməsi ilə bağlı cinayət işinə rəhbərlik etmişəm. Qazıyevin Şuşanın verilməsində olan rolu mənə aydındır. Onun müdafiə naziri kimi Cəbhə hakimiyyətində işinə davam etməsi yanlış qərar idi. Azərbaycan lazım olan vacib zamanını itirmişdi müdafiə gücünü artırmaq üçün. Onun uzaqlaşdırılmasından sonra nazirliyin işi ilə tanış olanda dəhşətə gəldik.

Heç bir şey yox idi. Ordu tamam dağılmışdı. Kəlbəcərin işğalı göstərdi ki, o zamankı ordu rəhbərliyimizin ordu qurmaq təcrübələri yox idi. Rusiya ilə həmin dövrdə dost olsaq belə, torpaqlarımız yenə də işğal olunacaqdı. Gəncə hadisələrinin nəticəsidir ki, bu gün Azərbaycan hakimiyyəti bu qədər çətinliklərlə üz-üzədir.

– Sizcə, bundan sonrakı proseslərdə müharibə qaçılmaz olacaq?

– Qərb Ermənistanı sülhə məcbur etməyəcək. Onların məqsədi Dağlıq Qarabaği müstəqil dövlətə çevirmək, ərazilərimizin bir hissəsini koridor adı ilə Ermənistana verməkdir. Hərb yolu Azərbaycanın hüququdur. Beynəlxalq hüququn tanıdığı haqdır.  BMT-nin nizamnaməsində bu var. Torpaqları azad etmək borcumuzdur.

– Zakir Həsənova qədər olan müdafiə nazirlərimiz daim tənqid olunublar. Siz necə, indiki nazirin fəaliyyətindən razısınız?

“Zakir Həsənovun fəaliyyəti məndə xoş təəssürat yaradıb”

– Müdafiə sahəmiz milli məsələdir. Ona görə bu sistemdə çalışanlar millətin nümayəndələridir. Hansı hakimiyyət olursa-olsun. Onları müdafiə etməliyik. Zakir Həsənov əvvəlki nazirdən fərqli fəaliyyət göstərir. Bu göz qabağındadır. Müdafiə naziri xalqın adamı səviyyəsində olmalıdır. Həsənovun fəaliyyəti hamıda, şəxsən məndə də xoş təəssürat yaradıb.

Mən də onu müdafiə edirəm. Bu həm də milli borcumdur. Xalqımız silaha sarılıb, müharibəyə getmək istəyirdi. Bu, orduya olan inamdır. Ermənistan qalib gələ biləcəyimiz düşməndir. Çətin olan onların havadarlarıdır. Aprel döyüşlərində ordumuz qələbə qazandı. Ermənilər müxtəlif don geyindirsələr də, faktiki qələbə var. Amma elə qələbə lazımdır ki, erməni havadarları olan ölkələr başqa tələb irəli sürə bilməsinlər. Bu qələbə erməniləri yola gətirmək üçün kifayət deyil.

Previous Post

Azərbaycan nefti 50 dollara yaxınlaşır

Next Post

`Metsamor ciddi təhlükə mənbəyidir` – Gürcü politoloq

Bənzər yazılar

Zəlzələlərin sürətli müəyyənləşdirilməsi sistemlərinin təkmilləşdirilməsi müzakirə edilib

Zəlzələlərin sürətli müəyyənləşdirilməsi sistemlərinin təkmilləşdirilməsi müzakirə edilib

11 Sentyabr 2026 - 23:26

Avropa Seysmoloji Komissiyasının (ESC) 40-cı Baş Assambleyası çərçivəsində Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) Baş Assambleyasının iclası keçirilib. Bu barədə Elchi.az...

Səudiyyə Ərəbistanında hücumlardan sonra “Şərq-Qərb” neft kəmərinin işi dayandırılıb

Səudiyyə Ərəbistanında hücumlardan sonra “Şərq-Qərb” neft kəmərinin işi dayandırılıb

11 Sentyabr 2026 - 23:22

Sentyabrın 10-da səhər saatlarında baş verən bir neçə hücumdan sonra "Şərq-Qərb" neft kəmərinin Ər-Riyad və Mədinə ərazisindəki işi ehtiyat tədbiri...

Rusiyada yük maşını ilə mikroavtobus toqquşub, 10-dan çox insan ölüb

Rusiyada yük maşını ilə mikroavtobus toqquşub, 10-dan çox insan ölüb

11 Sentyabr 2026 - 23:20

Rusiyanın Arxangelsk vilayətinin Xolmoqor rayonunda avtobusla yük avtomobilinin toqquşması nəticəsində 12 nəfər ölüb. Bu barədə Elchi.az  "İzvestiya"ya istinadən xəbər verir....

Ərdoğan: “Terrorsuz Türkiyə” prosesi ilə bağlı tarixi addım atdıq

Ərdoğan: “Terrorsuz Türkiyə” prosesi ilə bağlı tarixi addım atdıq

11 Sentyabr 2026 - 21:42

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Terrorsuz Türkiyə" prosesi çərçivəsində tarixi addım atdıqlarını bildirib.E "Haber Global"a istinadən xəbər verir ki, bu barədə...

Next Post

`Metsamor ciddi təhlükə mənbəyidir` - Gürcü politoloq

`Metsamor ciddi təhlükə mənbəyidir` - Gürcü politoloq

Son xəbərlər

“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər

“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər

12 Sentyabr 2026 - 18:31
Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

12 Sentyabr 2026 - 17:55
Tramp: “İranla razılaşmaya can atmıram”

ABŞ Prezidenti: İrlandiyanın birləşməsini çox istəyirəm

12 Sentyabr 2026 - 17:23
“Barselona”nın 19 yaşlı futbolçusu Premyer Liqaya keçə bilər

“Barselona”nın 19 yaşlı futbolçusu Premyer Liqaya keçə bilər

12 Sentyabr 2026 - 16:54
Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

12 Sentyabr 2026 - 16:18
Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

12 Sentyabr 2026 - 16:00
Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb

Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb

12 Sentyabr 2026 - 15:49
İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

12 Sentyabr 2026 - 15:25
Sabahdan 5 məktəbə I sinfə sərbəst qəbul başlayır

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

12 Sentyabr 2026 - 14:32
Peskov: Rusiya ABŞ-nin sülh səylərinin nəticə verəcəyinə ümid edir

Peskov: Rusiya ABŞ-nin sülh səylərinin nəticə verəcəyinə ümid edir

12 Sentyabr 2026 - 13:58
Premyer Liqa klubunun futbolçusu avtomobil qəzası keçirdi

Premyer Liqa klubunun futbolçusu avtomobil qəzası keçirdi

12 Sentyabr 2026 - 13:39
BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı əlavə ödəniş tələb olunmayacaq

BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı əlavə ödəniş tələb olunmayacaq

12 Sentyabr 2026 - 13:14
Şirvanda oğurluq edən şəxs saxlanılıb

Şirvanda oğurluq edən şəxs saxlanılıb

12 Sentyabr 2026 - 12:48
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

12 Sentyabr 2026 - 12:25
İran rəsmisi: ABŞ şərtləri qəbul etməsə, danışıqlar faydasızdır

İran rəsmisi: ABŞ şərtləri qəbul etməsə, danışıqlar faydasızdır

12 Sentyabr 2026 - 11:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.