"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home DÜNYA

`Metsamor ciddi təhlükə mənbəyidir` – Gürcü politoloq

14 May 2016 - 20:33
in DÜNYA
FacebookVatsap

MAQATE və digər beynəlxalq təşkilatlar Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının (AES) fəaliyyətini nəzarətə götürməlidirlər. Bu stansiya ciddi təhlükə mənbəyidir və onun fəaliyyəti birdəfəlik dayandırılmalıdır.

Bunu da oxuyun

ABŞ Hörmüzü qorumağa hazırdır – CENTCOM

“Şmidtin Bosniya və Herseqovinada heç bir səlahiyyəti yoxdur” – Zaxarova

Fransada Zelenski rejiminin devrilməsi ilə bağlı çağırışlar…

 

Bu sözləri Azərtac-a müsahibəsində Gürcüstanın Terror və Siyasi Araşdırmalar Mərkəzinin direktoru, Tbilisi Dövlət Universitetinin müəllimi, politoloq Badri Natçkebia söyləyib.

O deyib ki, bu yaxınlarda Gürcüstanda uran-238 elementini satmaq istəyən şəxslər həbs olundular. İki dəfə belə bir təhlükəli maddənin satışına cəhd göstərildi. Araşdırmalar zamanı aydın oldu ki, tutulan Ermənistan vətəndaşlarından biri Metsamor AES-də işləyib. Digəri isə uzun illər Ermənistan xüsusi xidmət orqanlarında çalışıb. Bu faktlar uran-238 elementinin Gürcüstana Ermənistandan gətirilməsi faktını bir daha təsdiqləyir. Ona görə də, əminliklə deyə bilərəm ki, bu maddə məhz Ermənistandan gətirilib. Hamıya bəllidir ki, nə Azərbaycanda, nə də Gürcüstanda bu qəbildən olan maddələr yoxdur. Ermənistandakı Metsamor AES isə əsl uran mənbəyidir.

Politoloqun fikrincə, Metsamor AES ümumiyyətlə radioaktiv təhlükə mənbəyidir. Bu stansiyanın istifadəyə verilməsindən xeyli vaxt ötüb və stansiya yararsız vəziyyətə düşüb. Bu il bu stansiyanın bağlanılması ilə bağlı müzakirələrin açılacağı gözlənilirdi. Amma təəssüf ki, Ermənistan tərəfi yenə də bundan imtina edir və regionumuz üçün təhlükə yaratmaqda davam edir: “Çernobıl faciəsini unutmamalıyıq. Ermənistandakı AES təkcə Azərbaycan və Gürcüstan üçün deyil, mən deyərdim ki, əslində dünyanın özü üçün böyük təhlükə mənbəyidir. Bizə sağlam cəmiyyət, sağlam dünya lazımdır. Amma bu gün fauna və floramız, bütövlükdə cəmiyyətimiz təhlükə ilə qarşı-qarşıyadır. Hesab edirəm ki, Metsamor AES-in bağlanması ilə bağlı Azərbaycan tərəfinin başlatdığı petisiya çox düzgün addımdır. Gürcüstan vətəndaşları da buna fəal qoşulmalıdırlar”.

Politoloq son günlər Ermənistan siyasətçilərinin yenidən atom silahı əldə etmək barədə çıxışlarına da münasibət bildirib. O deyib: “Hələ 1989-cu ildə Ermənistandakı radikal qruplaşmalardan birinin rəhbəri İqor Muradyan ölkəsində atom silahının yaradılmasının zəruriliyi barədə bəyanatla çıxış etmişdi. Bu günlərdə isə Ermənistan parlamentinin deputatı Qranat Baqdaryan eyni bəyanatı təkrar edib. Belə bəyanatlar bir daha sübut edir ki, Ermənistan bölgədə sülhün, əmin-amanlığın, təhlükəsizliyin pozulmasında maraqlıdır. Düzdür Ermənistanın atom silahına sahib olması barədə siyasətçilərin bəyanatları hələlik inandırıcı deyil. Amma elm, texnologiyanın sürətli inkişafı dövründə indi belə silahlara sahib çıxmaq elə də çətin deyil. Ona görə də hesab edirəm ki, MAQATE və digər beynəlxalq təşkilatlar regiona diqqəti artırmalıdırlar. Cənubi Qafqazda iki dəfə belə bir təhlükəli maddənin satışına cəhd göstərilməsi çox ciddi məsələdir və diqqətdən kənarda qala bilməz”.

B.Natçkebianın fikrincə, Gürcüstan da bu məsələdə çox diqqətli olmalıdır. Uran-238 maddəsini satmaq istəyən şəxslər tutularkən Gürcüstanın xüsusi xidmət orqanları dərhal ABŞ-dan ekspert dəvət etməli və ya digər ölkələrdən beynəlxalq ekspertlərin diqqətini məsələyə cəlb etməli idi.

“Gürcüstan NATO-ya üzv olmaq istəyir, Avropaya inteqrasiya edir. Ona görə də regionda təhlükəsizlik məsələsinə ciddi yanaşılmalı və obyektiv araşdırma aparılmalıdır”, – deyə Natçkebia vurğulayıb.

Previous Post

`Metsamor ciddi təhlükə mənbəyidir` – Gürcü politoloq

Next Post

Bu gün 32 dərəcə isti olacaq

Bənzər yazılar

ABŞ Hörmüzü qorumağa hazırdır – CENTCOM

ABŞ Hörmüzü qorumağa hazırdır – CENTCOM

12 İyul 2026 - 19:30

ABŞ Hörmüz boğazında gəmiçiliyi qorumağa hazır olduğunu bəyan edib. Elchi.az xəbər verir ki, bu barədə CENTCOM-dan bildirilib. “Qüvvələr gəmilərin sərbəst...

“Şmidtin Bosniya və Herseqovinada heç bir səlahiyyəti yoxdur” – Zaxarova

“Şmidtin Bosniya və Herseqovinada heç bir səlahiyyəti yoxdur” – Zaxarova

12 İyul 2026 - 19:00

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Qərbin Luis Krişoku Bosniya və Herseqovinada müvəqqəti Ali Nümayəndə kimi təqdim...

Fransada Zelenski rejiminin devrilməsi ilə bağlı çağırışlar…

Fransada Zelenski rejiminin devrilməsi ilə bağlı çağırışlar…

12 İyul 2026 - 18:30

Fransanın "Vətənpərvərlər" (Les Patriotes) partiyasının lideri Florian Filippo Ukrayna lideri Volodimir Zelenski rejiminin devrilməsinə çağırıb. Elchi.az xəbər verir ki o,...

Ukraynada “Patriot”un istehsalına başlama tarixləri açıqlandı

Ukraynada “Patriot”un istehsalına başlama tarixləri açıqlandı

12 İyul 2026 - 18:18

Ukraynanın Patriot hava hücumundan müdafiə sistemlərinin yerli istehsalına başlaması bir ildən çox vaxt aparacaq. Elchi.az xəbər verir ki, bu barədə...

Next Post

Bu gün 32 dərəcə isti olacaq

Bu gün 32 dərəcə isti olacaq

Son xəbərlər

ABŞ Hörmüzü qorumağa hazırdır – CENTCOM

ABŞ Hörmüzü qorumağa hazırdır – CENTCOM

12 İyul 2026 - 19:30
“Qarabağ” DÇ-2026-nın iştirakçısını transfer edir

“Qarabağ” DÇ-2026-nın iştirakçısını transfer edir

12 İyul 2026 - 19:14
“Şmidtin Bosniya və Herseqovinada heç bir səlahiyyəti yoxdur” – Zaxarova

“Şmidtin Bosniya və Herseqovinada heç bir səlahiyyəti yoxdur” – Zaxarova

12 İyul 2026 - 19:00
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir?

Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir?

12 İyul 2026 - 18:45
Fransada Zelenski rejiminin devrilməsi ilə bağlı çağırışlar…

Fransada Zelenski rejiminin devrilməsi ilə bağlı çağırışlar…

12 İyul 2026 - 18:30
Ukraynada “Patriot”un istehsalına başlama tarixləri açıqlandı

Ukraynada “Patriot”un istehsalına başlama tarixləri açıqlandı

12 İyul 2026 - 18:18
Azərbaycan və 3 ölkə AB-yə müraciət etdi

Azərbaycan və 3 ölkə AB-yə müraciət etdi

12 İyul 2026 - 18:09
Bugünkü imtahanda 12 nəfərdə telefon aşkarlandı

Bugünkü imtahanda 12 nəfərdə telefon aşkarlandı

12 İyul 2026 - 18:00
Azərbaycan bu ölkəni təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

12 İyul 2026 - 17:53
Messi yeni rekorda imza atdı

Messi yeni rekorda imza atdı

12 İyul 2026 - 17:49
Sabah Abşeron çimərliklərində hava küləkli olacaq

Sabah Abşeron çimərliklərində hava küləkli olacaq

12 İyul 2026 - 17:29
FHN “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə təlim keçirib – FOTO – VİDEO

FHN “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə təlim keçirib – FOTO – VİDEO

12 İyul 2026 - 17:17
“Sülhə və əmin-amanlığa xidmət edən bu cür konfransların keçirilməsi alqışlanmalıdır” – Qüdrət Həsənquliyev

“Sülhə və əmin-amanlığa xidmət edən bu cür konfransların keçirilməsi alqışlanmalıdır” – Qüdrət Həsənquliyev

12 İyul 2026 - 17:15
Azərbaycan Prezidenti Qətər Əmirinə başsağlığı verib

Azərbaycan Prezidenti Qətər Əmirinə başsağlığı verib

12 İyul 2026 - 17:10
Bu gün Azərbaycanda 38 dərəcə isti olacaq

Bu gün Azərbaycanda 38 dərəcə isti olacaq

12 İyul 2026 - 10:07
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.