"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MÖVQE

Kartlar azalır: Putin “tuz kozur”unu masaya qoyacaq

22 Sentyabr 2022 - 12:29
in MÖVQE
FacebookVatsap

“Rusiya Prezidenti Vladimir Putin dünən xalqa müraciət edib. O, ölkədə qismi səfərbərlik elan olunduğunu bildirib. Müdafiə naziri Sergey Şoyqu isə deyib ki, ehtiyatda olan 300 min hərbçi orduya çağırılacaq.
Bundan başqa, Putin nüvə silahından istifadə edə biləcəklərini istisna etməyib.
Başqa bir məqam isə Rusiyanin işğalı altında olan Luqansk, Donetsk, Zaporejye vilayətində referendum keçirilməsidir.
Hər üç məsələ kifayət qədər ciddidir. Ayrı – ayrı dünya liderləri, nüfuzlu beynəlxalq təşkilatların başçıları Putinin sözügedən bəyanatlarına artıq münasibət bildiriblər. Ümumi fikir belədir ki, Putin məğlubiyyətini etiraf etməyə başlayıb”.

Bunu da oxuyun

Cənubi Koreya ilə Ukrayna arasında üzr gərginliyi artır

Rusiya-Ukrayna müharibəsi hələ bitməyib: Moskva təzyiqi artırır

Qətərin Baş naziri Əl Sani: Netanyahu müharibə cinayətkarıdır

Elchi.az xəbər verir ki, bu barədə siyasi şərhçi Kənan Novruzov FB hesabında bildirib:

“Birincisi, İkinci Dünya Müharibəsindən bəri Rusiyada səfərbərlik elan edilməyib. Və əgər üzərindən təxminən 80 il keçdikdən sonra yenidən oxşar addım atılırsa, deməli, doğrudan da, Rusiya ordusunda şəxsi heyət çatışmazlığı var. Bəzi hərbi ekspertlərin fikrincə, 300 min hərbçinin orduya çağırılması bu rəqəmin ən azı yarısı qədər, yəni 150 min hərbçinin məhv edilməsi deməkdir.
İkincisi, separat bölgələrdə, həmçinin Zaporejyedə referendum keçirilməsi son vaxtlar müzakirə edilir. Qarşıdakı günlərdə səsvermənin baş tutması gözlənilir. Kreml rəhbəri səsvermə üçün tələsir. Bu, təsadüfi deyil. Görünür, Rusiya siyasi hakimiyyəti vəziyyətin çətin olduğunu anlayır. Referendumun keçirilmənin bir neçə məqsədi var: Ukrayna hakimiyyətinə və xalqına psixoloji zərbə vurmaq, həmin ərazilərdə yaşayanları səfərbərliyə cəlb etmək, separat bölgələrdəki döyüşləri Ukraynanın Rusiyaya hücumu kimi qələmə vermək və beynəlxalq ictimaiyyətdə Kiyevin rəsmi Moskvanın ərazi bütövlüyünü pozmasına dair rəy yaratmaq. Bundan başqa, ola bilsin, Putin düşünür ki, referendumdan sonra danışıqlar masasına oturarsa, “əli daha güclü olacaq” və Ukraynadan torpaq qoparmağı bacaracaq.
Üçüncüsü, artıq altı aydan çoxdur davam edən savaşın lap əvvəlindən bəri nüvə təhlükəsi müzakirə olunurdu. Əlbəttə, o vaxtlar kimsə bunu real hesab etmirdi. Çünki nüvə ikibaşlı silahdır: mütləq adekvat cavab olacaq. Hətta bu olmasa belə, Rusiyanın tətbiq etdiyi nüvə silahı bu və ya digər formada bu ölkənin özünə də təsir edəcək. Ümumiyyətlə, bütün dünya üçün dəhşətli durum yaranacaq. Əlbəttə, Putin buna asanlıqla getməz. Amma həm Rusiyanın hegemon xarici siyasət kursu, həm də Kreml rəhbərinin fərdi xarakteri belə bir ehtimalı tamamilə istisna etməyə imkan vermir. Əgər Putin uduzduğundan əmin olsa, əlbəttə, nüvə silahından istifadə edəcək. Rusiya liderinin blef etməsi, “nəbz yoxlaması” mümkündür. Hərçənd bu gün verilən bəyanatlar göstərdi ki, Qərb bundan qorxmur, əksinə, sözügedən ssenariyə hazırdır.
Beləliklə, Putinin son “kartlarını oynadığını” desək, yəqin, yanılmarıq. Sözsüz, onun bəyanatları daxili auditoriyanın ürəyincə deyil. Artıq hakimiyyət əleyhinə mitinqlər başlayıb. Bundan sonra ya Putinin bəxti gətirəcək, ya kollektiv Qərbin. Ancaq Kreml uduzası olsa, mütləq əvvəlcə “tuz kozuru”nu masaya qoyacaq”.

Şayəstə

Previous Post

Erməni diversiya qrupu yenidən basqına cəhd etdi – Rəsmi

Next Post

Bosniyanın NATO-ya daxil olması mümkün deyil – Dodik

Bənzər yazılar

Cənubi Koreya ilə Ukrayna arasında üzr gərginliyi artır

Cənubi Koreya ilə Ukrayna arasında üzr gərginliyi artır

02 Oktyabr 2026 - 10:52

Cənubi Koreya Prezidenti Li Çe-myun (Lee Jae-myung) Ukraynanı iki Şimali Koreyalı hərbi əsirin Cənubi Koreyaya təhvil verilməsi faktını açıqladığına görə...

Rusiya-Ukrayna müharibəsi hələ bitməyib: Moskva təzyiqi artırır

Rusiya-Ukrayna müharibəsi hələ bitməyib: Moskva təzyiqi artırır

01 Oktyabr 2026 - 11:23

Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı hərbi kampaniyadan imtina etmək niyyətində olduğunu göstərən heç bir əlamət nümayiş etdirmir. Döyüş meydanındakı ağır...

Qətərin Baş naziri Əl Sani: Netanyahu müharibə cinayətkarıdır

Qətərin Baş naziri Əl Sani: Netanyahu müharibə cinayətkarıdır

30 Sentyabr 2026 - 10:17

Qətərin Baş naziri və Xarici İşlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Sani İsrailin Baş naziri Binyamin Netanyahunun "müharibə cinayətkarı" olduğunu...

Trampın İran müharibəsi ilə bağlı mesajı: “Çox tezliklə qalib gələcəyik”

Trampın İran müharibəsi ilə bağlı mesajı: “Çox tezliklə qalib gələcəyik”

29 Sentyabr 2026 - 10:46

ABŞ Prezidenti Donald Tramp Oval Ofisdə keçirilən tədbir zamanı İranla gərginlik barədə açıqlama verib. Jurnalistlərin ABŞ rəsmilərinin İranla münaqişəyə son...

Next Post
Bosniyanın NATO-ya daxil olması mümkün deyil – Dodik

Bosniyanın NATO-ya daxil olması mümkün deyil - Dodik

Meksikada 6,5 bal gücündə zəlzələ baş verdi

Meksikada 6,5 bal gücündə zəlzələ baş verdi

Son xəbərlər

“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

02 Oktyabr 2026 - 21:16
ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

02 Oktyabr 2026 - 21:12
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

02 Oktyabr 2026 - 20:41
Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

02 Oktyabr 2026 - 20:37
Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

02 Oktyabr 2026 - 20:35
DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

02 Oktyabr 2026 - 20:33
AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

02 Oktyabr 2026 - 20:14
Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

02 Oktyabr 2026 - 20:12
Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

02 Oktyabr 2026 - 19:26
Xalqımızın məfkurə düşüncəsinin siyasi ünvanı

Xalqımızın məfkurə düşüncəsinin siyasi ünvanı

02 Oktyabr 2026 - 19:18
Ronaldonu milliyə belə geri qaytarmaq istəyirlər

Ronaldonu milliyə belə geri qaytarmaq istəyirlər

02 Oktyabr 2026 - 19:16
Dünya Bankı Biləsuvar–Astara yolunun yenidən qurulmasına kredit ayıra bilər

Dünya Bankı Biləsuvar–Astara yolunun yenidən qurulmasına kredit ayıra bilər

02 Oktyabr 2026 - 19:07
İsveçrə Ukraynanın bərpası üçün 162 milyon dollardan çox vəsait ayırır

İsveçrə Ukraynanın bərpası üçün 162 milyon dollardan çox vəsait ayırır

02 Oktyabr 2026 - 18:58
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

02 Oktyabr 2026 - 18:46
“Fənərbaxça” Bakıya gəlib

“Fənərbaxça” Bakıya gəlib

02 Oktyabr 2026 - 18:38
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.