"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SOSİAL

Kardaşyana Bakı milyonları

12 Fevral 2015 - 14:35
in SOSİAL
FacebookVatsap

pullllllllllPornoulduzlar bizə ildə 250 milyon manatdan artıq zərər vurur

Bunu da oxuyun

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

“Bizdə internet trafikinin təxminən 50-60 faizini əyləncə saytları tutur”.

Bunu ANS PRESS-in əməkdaşı ilə söhbətində informasiya texnologiyaları üzrə ekspert Cahid İsmayıloğlu bildirib. Onun sözlərinə görə, əyləncə saytlarına əsasən həddi-buluğa çatmamışlar girirlər: “Yeniyetmələr pornosaytlara, oyun və tanışlıq saytlarına girirlər, onlayn kazinolarda oynayırlar, həm tərbiyələri pozulur, həm də vaxtlarını təhsilə yox, mənasız əyləncələrə sərf edirlər”.

Ekspertin sözlərinə görə, yeniyetmələr bu arzuolunmaz fəaliyyətlə həm evlərdə, həm də internet klublarda məşğul olurlar. “Əksər internet klublar qazancı belə yollarla əldə edirlər. Özünüz fikirləşin, geniş zolaqlı interneti ayda 10 manata əldə etmək mümkün olduğu bir şəraitdə internet klublarda adam əlindən tərpənmək olmur. Düzdür, tanışlıq saytlarına girənlərin içində arvada “çayçıdayam” deyib, internet klublarda virtual eşbazlıqla məşğul olan evli kişilər də var. Amma istifadəçilərin çoxu məktəbli uşaqlardır”, – deyə Cahid İsmayıloğlu vurğulayır.

Ekspertin dediyinə görə, trafikin bu cür məşğul edilməsi dövlətin internet trafiki xərclədiyi on milyonlarla vəsaitin zərərli istiqamətə sərf edilməsi deməkdir. “Rəsmi məlumatlara görə, bizdə trafik pik saatlarında 135 terabayt/saniyəyə qədər yüksəlir. Zərərli saytlara giriş olmasa yüklənməni iki dəfə azaltmaq olardı, bu isə internet istifadəçilərinin sayını əlavə xərc çəkmədən iki dəfə artırmaq olardı”, – deyə Cahid İsmayıloğlu vurğulayır.

Bu isə rabitə sektorunda internet sektorunda əldə ümumi daxili məhsulun (ÜDM) iki dəfə artması deməkdir. Rəsmi məlumatlara görə, hazırda ölkədə 2 milyon internet istifadəçisi var. Buraya stasionar kompüterlər, noutbuklar, planşetlər və smartfonlar daxildir. Trafikin yüklənməsinin iki də azalması daha 2 milyon belə qurğunun internetə bağlanması demək olardı. Bu qürğular ən ucuz geniş zolaqlı tariflə, yəni aylıq 10 manatlıq tariflə internetə qoşularsa, bu, rabitə sektorunun orta hesabla ayda 20 milyon manat, ildə isə 240 milyon manat əlavə qazanc əldə etməsi deməkdir.

Həm də Cahid İsmayıloğlunun dediyindən belə çıxır ki, sərhədsiz internetin evlərə qədər girməsi, həmçinin evində internet olmayan uşaqlar üçün internetklublarda hər cür şəraitin yaradılması Azərbaycanda Qərbin pornosənayesi tərəfindən tərbiyə olunan bir nəslin yetişməsinə səbəb olur. Təbii ki, gününün çox hissəsini Saşa Qrey, Cessi Ceyni, Kim Kardaşyan kimi silikon toplularına baxmaqla keçirən yeniyetmənin gözündə qadının müəllim, ana, bacı, nənə, ağbirçək obrazı dağılmağa başlayır, belə gənclər üçün Azərbaycan mentalitetinin əsas sütunları olan namus, qeyrət, abır, ismət dəyərləri yavaş-yavaş qiymətini itirir. Bu yolla inkişaf Azərbaycanı liberalizm maskası altında gizlənmiş heç bir dəyəri və inamı olmayan, milli kimliyini qorumağa qeyrəti çatmayan ümidsiz bir sabaha sürükləyə bilər.

Bu məsələnin ən təhlükəli tərəfi yaşı əsasən 40-50 ətrafında dəyişən valideynlərin internetin bu cür “imkanları”ndan xəbərsiz olmasıdır. Əksər ailələrdə valideynlər uşaqlarına kompüter və ya planşet alanda, bunun uşağın yaxşı oxuması üçün çox vacib olduğunu düşünür. Nəticə isə tam tərsinə olur. İndi kompüter arxasında oturmaqdan gözləri zəifləmiş, saçı tökülmüş çox sayda gəncə rast gəlmək olur ki, ali məktəblərə minimum keçid balını belə toplamaqda çətinlik çəkirlər. Adətən, belə gənclərin orta savadı, dünya görüşü çox zəif olur, insanlarla ünsiyyət problemləri olur, sağlamlıqlarında müxtəlif problemlər müşahidə olunur. Göründüyü kimi, Azərbaycan evlərində böyüyən uşaqlar texnoloji inkişafın gətirdiyi çox ciddi bir problemlə üz-üzədir və bu problem mütləq həll edilməlidir.

Dünya səviyyəsində bu problem müxtəlif üsullarla həll edilir. Məsələn, Böyük Britaniya baş naziri seçilən Devid Kemeronun ilk addımlarından biri Birləşmiş Krallıq ərazisində bütün pornosaytların bağlanması olub. Əgər hər hansı britaniyalı öz evində porno və ya oyun saytı açdırmaq istəyərsə, bunun üçün provayderə rəsmi müraciət etməlidir. Bu məsələdə mühafizəkar ingilis mentaliteti nəzərə alınıb, yəni heç bir ingilis evində pornosayta baxmaq istədiyini etiraf etməz.

Azərbaycanda da təxminən buna oxşar addımlar atılması nəzərdə tutulur. Hazırda Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu uşaqların və yeniyetmələrin internet şəbəkəsinin mənfi təsirindən müdafiəsi sahəsində elmi araşdırmalar aparır. İTİ-nin Tədris-İnnovasiya Mərkəzindən verilən məlumata görə, bu istiqamətdə kontentin filtrasiyası, valideynlərlə provayderlər arasında razılaşma mexanizmlərinin tətbiqi, yaxud biometrik eyniləşdirmə sistemindən istifadə variantlarına baxılır. Həmçinin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi uşaqların internet təhlükəsizliyini təmin etmək üçün “ağ siyahı”nın hazırlanmasını nəzərdə tutur. “Ağ siyahı”ya uşaqların maraq dairəsini əhatə edən, faydalı məzmuna malik veb saytlar daxil ediləcək. Uşaqlar üçün zərərli saytların əngəllənməsi üçün qanunvericilikdə dəyişikliklər ediləcək. Yəni zorakılığı, ekstremizmi, terrorizmi təbliğ edən saytlar, həmçinin pornosaytlar, qumar saytları və s. bu kimi saytlar bağlanacaq.

ANS PRESS

 

  • Bölmədən digər xəbərlər
Previous Post

ABŞ-da 3 müsəlman niyə öldürüldü? (FOTO)

Next Post

Rusiya vətəndaşı Azərbaycanda saxta rubl kəsdi

Bənzər yazılar

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

04 Sentyabr 2026 - 21:05

Bu gün Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Lənkəran, Şirvan və Yevlax şəhərlərində inşa etdiyi yaşayış komplekslərində güzəştli mənzillərin seçimi həyata...

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

20 İyul 2026 - 23:49

Cəlilabad rayonunun 39 yaşayış məntəqəsinin elektrik təchizatında fasilə yaranacaq. Elchi.az -ın məlumatına görə, buna səbəb "Cəlilabad" yarımstansiyasında aparılacaq təmir işləridir....

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

30 Aprel 2026 - 16:26

"Hazırda qanunvericilikdə nəzərdə tutulan aylıq və birdəfəlik ödənişlər çərçivəsində uşaqlarla bağlı sosial dəstək tədbirləri 500 mindən çox şəxsi əhatə edir"....

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

27 Aprel 2026 - 13:45

Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək. Elchi.az APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin bu...

Next Post

Rusiya vətəndaşı Azərbaycanda saxta rubl kəsdi

Rusiya vətəndaşı Azərbaycanda saxta rubl kəsdi

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Mərkəzi Bank tərəfindən ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edilib

Mərkəzi Bank tərəfindən ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edilib

14 Oktyabr 2026 - 12:17
Azərbaycan millisi Çexiya yığması ilə qarşılaşacaq

Azərbaycan millisi Çexiya yığması ilə qarşılaşacaq

14 Oktyabr 2026 - 11:58
Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənilib

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənilib

14 Oktyabr 2026 - 11:46
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda partlayış səsləri eşidilib

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda partlayış səsləri eşidilib

14 Oktyabr 2026 - 11:34
ABŞ-ın Hörmüz boğazı ilə bağlı bəyanatı

ABŞ-ın Hörmüz boğazı ilə bağlı bəyanatı

14 Oktyabr 2026 - 11:27
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub

14 Oktyabr 2026 - 11:19
Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir

Dövlət başçısı: 300 min hektardan çox ərazi minalardan və partlayıcı sursatdan təmizlənib

14 Oktyabr 2026 - 11:12
Tramp: İrana ağır zərbə endirəcəyik

Tramp: İrana ağır zərbə endirəcəyik

14 Oktyabr 2026 - 11:05
Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib

Azərbaycan Prezidenti: Azad edilmiş ərazilərdə bərpa və yenidənqurmaya dövlət büdcəsindən indiyədək 25.5 milyard manat ayrılıb

14 Oktyabr 2026 - 10:56
Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir

Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir

14 Oktyabr 2026 - 10:49
Media və Yayım Şurası Azərbaycana qarşı İran və Türkiyədən koordinasiyalı informasiya hücumlarını pisləyib

Media və Yayım Şurası Azərbaycana qarşı İran və Türkiyədən koordinasiyalı informasiya hücumlarını pisləyib

14 Oktyabr 2026 - 10:40
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

Prezident “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14 Oktyabr 2026 - 10:33
Bakıda Xəzər İnşaat Həftəsi keçirilir

Bakıda Xəzər İnşaat Həftəsi keçirilir

14 Oktyabr 2026 - 10:25
Zelenski: Müttəfiqlər Kiyevi Rusiyanın ballistik raket hücumları barədə xəbərdar etməyib

Zelenski: Müttəfiqlər Kiyevi Rusiyanın ballistik raket hücumları barədə xəbərdar etməyib

14 Oktyabr 2026 - 10:17
FHN Penitensiar xidmətin Mühafizə alayında təlim keçirib – VİDEO

FHN Penitensiar xidmətin Mühafizə alayında təlim keçirib – VİDEO

14 Oktyabr 2026 - 10:08
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.