Kanadanın baş naziri Castin Trudo Ottavanın Kiyevə daha 375 milyon dollarlıq hərbi yardım paketi təqdim edəcəyini açıqlayıb.
Elchi.az Mk.ru-ya istinadən bildirir ki, Trudo bu barədə iyunun 10-da Ukraynaya səfəri zamanı bildirib.
“Trudo Kiyevə 500 milyon Kanada dolları (375 milyon ABŞ dolları) məbləğində hərbi yardım ayırdığını açıqlayıb”.
Bundan əlavə, Kanadanın baş nazirinin ukraynalı qırıcı pilotların hazırlanması üzrə çoxmillətli səylərdə iştirak edəcəyi gözlənilir.
Xatırladaq ki, Trudo bu gün Kiyevə elan olunmamış səfərlə gəlib və Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb.
Yeganə