“Kanada hakimiyyəti Ukraynaya 300 milyon dollar və 400 zirehli texnika ayırmaq niyyətində olduğunu açıqlayıb”.
Elchi.az xəbər verir ki, bu barədə “The Globe and Mail” nəşri yazıb.
Nəşrin məlumatına görə, zirehli texnikanın çatdırılmasını müdafiə naziri Devid Makqinti təsdiqləyib.
Ottava həmçinin Ukrayna hərbçiləri üçün təlim missiyasını 2029-cu ilə qədər uzatmağı planlaşdırır.
Bundan əvvəl Rusiyanın Ottavadakı səfiri Oleq Stepanov bəyan etmişdi ki, Kanada Kiyev rejiminə sponsorluq etmək və onun Rusiya vətəndaşlarını öldürən və Rusiyada terror aktları törədən cəza qüvvələrini hazırlamaqda ön sıralardadır.
Yeganə





















