Kanada hakimiyyəti Rusiya ilə bağlı sanksiya siyahısına 13 fiziki və 11 hüquqi şəxs əlavə edib.
Elchi.az xəbər verir ki, bu barədə Global Affairs Canada-nın bəyanatında deyilir.
Bəyanatda qeyd edildiyi kimi, Kanadanın xarici işlər naziri Anita Anand “bu gün Ukraynadakı münaqişə ilə əlaqədar Rusiyaya qarşı əlavə sanksiyaların tətbiq olunduğunu elan edib”. Sənəddə bildirilir ki, “sanksiya siyahısına 13 fiziki və 11 hüquqi şəxs daxildir”. Bunlara Rusiyada dron istehsalı ilə bağlı iddia edilən qurumlar daxildir.
Məryəm





















