"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Kamran Əliyev: “Ötən il korrupsiyaya görə 17 nəfər vəzifəsindən azad edilib”

15 Yanvar 2019 - 11:48
in CƏMİYYƏT, MANŞET
FacebookVatsap

“Ötən il araşdırılması üçün aidiyyəti qurumlara göndərilmiş müraciətlər üzrə aparılmış xidməti yoxlamalar nəticəsində vəzifəli şəxslərin hərəkətlərində aşkar edilmiş cinayət xarakterli olmayan hüquqpozmalar üzrə 25 vəzifəli şəxsə xəbərdarlıq, 16 vəzifəli şəxsə töhmət, 3 vəzifəli şəxs şiddətli töhmət növündə intizam məsuliyyətinə cəlb edilib, 17 nəfər isə vəzifəsindən azad edilib”.

Bunu da oxuyun

Azad edilmiş ərazilərdə növbəti səyyar görüşlər keçirilib

Sabah Bakıda 40, bəzi bölgələrdə 41 dərəcə isti olacaq

BDYPİ sürücülərə isti hava ilə bağlı xəbərdarlıq etdi

“Report” xəbər verir ki, bunu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi rəisi Kamran Əliyev 2018-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, araşdırmalar nəticəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə təkrarlanmaması məqsədi ilə müxtəlif dövlət qurumları və vəzifəli şəxslərə 157 təqdimat göndərilib: “Hesabat dövründə Baş İdarə tərəfindən Prezident İlham Əliyev tərəfindən imzalanmış “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” fərmana uyğun olaraq, bu sahədə vətəndaşların əmək hüquqlarının pozulmasına yönəlmiş qanunsuz hərəkətlərə qarşı Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi ilə birgə ən ciddi mübarizə tədbirləri davam etdirilib. Mərkəzdən daxil olmuş 23 material əsasında aparılmış araşdırmalar zamanı bir sıra şirkət rəhbərləri tərəfindən ayrı-ayrı şəxslərin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xidmətlərin yerinə yetirilməsinə cəlb edilmələri halları müəyyən edildiyindən 1 cinayət işi və 14 inzibati xəta haqqında iş üzrə icraatın başlanması təmin edilib”.

K.Əliyev bildirib ki, şirkətlərin rəhbərlərinə gələcəkdə hər hansı bir işlərin görülməsi zamanı işlərə cəlb edilmiş işçilərin hüquqlarının pozulması hallarına yol verilməməsi, əks təqdirdə barələrində daha ciddi məsuliyyət tədbirləri görüləcəyi barədə 25 rəsmi xəbərdarlıq elan edilib: “Eləcə də bu növ qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair müvafiq təşkilatlara 50 təqdimat verilib. Həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində əmək münasibətləri rəsmiləşdirilmədən tikinti şirkətlərində işə cəlb olunan 414 işçi ilə əmək müqavilələrinin bağlanması təmin edilib”.

Previous Post

Kamran Əliyev: “Ötən il korrupsiyaya görə 17 nəfər vəzifəsindən azad edilib”

Next Post

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 25 şəxsi cinayət başında yaxalayıb

Bənzər yazılar

Azad edilmiş ərazilərdə növbəti səyyar görüşlər keçirilib

Azad edilmiş ərazilərdə növbəti səyyar görüşlər keçirilib

25 İyul 2026 - 13:09

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərdə məşğulluğun təminatı ilə bağlı sakinlərlə növbəti...

Nazirlik gözlənilən isti, quraq və küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi

Sabah Bakıda 40, bəzi bölgələrdə 41 dərəcə isti olacaq

25 İyul 2026 - 12:39

Sabah Azərbaycanda hava necə olacaq? İyulun 26-da gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Milli Hidrometeorologiya...

BDYPİ sürücülərə isti hava ilə bağlı xəbərdarlıq etdi

BDYPİ sürücülərə isti hava ilə bağlı xəbərdarlıq etdi

25 İyul 2026 - 10:58

Baş Dövlət Yol Polisi İdarəsi isti hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına xəbərdarlıq edib. Bu barədə Elchi.az-a idarədən məlumat verilib....

FHN-dən həftəsonu çimərliyə üz tutanlara müraciət

FHN-dən həftəsonu çimərliyə üz tutanlara müraciət

25 İyul 2026 - 10:08

Fövqəladə Hallar Nazirliyi (FHN) isti hava şəraiti ilə əlaqədar həftəsonu istirahət üçün su hövzələrinə üz tutacaq vətəndaşlara təhlükəsizlik qaydalarına ciddi...

Next Post
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 25 şəxsi cinayət başında yaxalayıb

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 25 şəxsi cinayət başında yaxalayıb

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 25 şəxsi cinayət başında yaxalayıb

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 25 şəxsi cinayət başında yaxalayıb

Son xəbərlər

Tümen neft emalı zavoduna PUA-nın düşməsi nəticəsində yanğın baş verib

Tümen neft emalı zavoduna PUA-nın düşməsi nəticəsində yanğın baş verib

25 İyul 2026 - 13:21
Şəmkirdə 12 yaşlı qız qətlə yetirilib, 16 yaşlı bacısı şübhəli kimi saxlanılıb – YENİLƏNİB

Şəmkirdə 12 yaşlı qız qətlə yetirilib, 16 yaşlı bacısı şübhəli kimi saxlanılıb – YENİLƏNİB

25 İyul 2026 - 13:13
Ukrayna Zaporojyenin Rusiyanın nəzarətində olan ərazisində turbazanı vurub, 8 nəfər ölüb, 14 nəfər yaralanıb

Ukrayna Zaporojyenin Rusiyanın nəzarətində olan ərazisində turbazanı vurub, 8 nəfər ölüb, 14 nəfər yaralanıb

25 İyul 2026 - 13:11
Azad edilmiş ərazilərdə növbəti səyyar görüşlər keçirilib

Azad edilmiş ərazilərdə növbəti səyyar görüşlər keçirilib

25 İyul 2026 - 13:09
Nazirlik gözlənilən isti, quraq və küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi

Sabah Bakıda 40, bəzi bölgələrdə 41 dərəcə isti olacaq

25 İyul 2026 - 12:39
Ukrayna dayanmır: Bu şəhərdəki “Wildberries” də vuruldu

Ukrayna dayanmır: Bu şəhərdəki “Wildberries” də vuruldu

25 İyul 2026 - 12:30
Tramp: İran razılıq əldə etmək istəyir

Tramp: İran razılıq əldə etmək istəyir

25 İyul 2026 - 12:13
Trampdan İran açıqlaması: 250 reaktiv təyyarə, 159 gəmi…

Trampdan İran açıqlaması: 250 reaktiv təyyarə, 159 gəmi…

25 İyul 2026 - 11:59
Polis 45 kiloqramdan artıq narkotik vasitə aşkarladı

Polis 45 kiloqramdan artıq narkotik vasitə aşkarladı

25 İyul 2026 - 11:40
Dünya çempionatında 4 azərbaycanlı hakim ədaləti qoruyacaq

Dünya çempionatında 4 azərbaycanlı hakim ədaləti qoruyacaq

25 İyul 2026 - 11:25
Rusiyanın ödəniş sistemi Azərbaycana pul köçürmələrini dayandırdı

Rusiyanın ödəniş sistemi Azərbaycana pul köçürmələrini dayandırdı

25 İyul 2026 - 11:11
BDYPİ sürücülərə isti hava ilə bağlı xəbərdarlıq etdi

BDYPİ sürücülərə isti hava ilə bağlı xəbərdarlıq etdi

25 İyul 2026 - 10:58
DÇ-2026-nın ulduz qapıçısının yeni klubu bəlli oldu

DÇ-2026-nın ulduz qapıçısının yeni klubu bəlli oldu

25 İyul 2026 - 10:32
Azərbaycan neftinin qiyməti 103 dollardan aşağı endi

Azərbaycan neftinin qiyməti 103 dollardan aşağı endi

25 İyul 2026 - 10:20
FHN-dən həftəsonu çimərliyə üz tutanlara müraciət

FHN-dən həftəsonu çimərliyə üz tutanlara müraciət

25 İyul 2026 - 10:08
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.