Kamçatka sahillərində 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
Elchi.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Geofiziki Kəşfiyyatlar üzrə Federal Tədqiqat Mərkəzinin Kamçatka bölməsi məlumat yayıb.
Zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən 318 kilometr aralıda yerləşib. Yeraltı təkanların ocağı 43,8 kilometr dərinlikdə yerləşib. Seysmik hadisə nəticəsində dağıntılar barədə məlumat yoxdur.
Məryəm





















