Estoniyanın baş naziri Kaya Kallas respublikanın Müdafiə Qüvvələrinin üzvlərinin Ukraynaya göndərilməyəcəyinə dair qəti vəd verməkdən imtina edib.
Elchi.az bu barədə RİA.ru-ya istinadən xəbər verir.
“Mən belə vədlər vermirəm, çünki şərait dəyişə bilər”,-deyə o, qeyd edib.
Kallas birbaşa Estoniyanın münaqişədə tərəf seçdiyini və buranın Ukrayna olduğunu bildirib və Rusiyanı ölkə üçün birbaşa təhdid adlandırıb.
Deputatların Estoniyanın Ukraynadakı hərbi əməliyyatlara müdaxiləsinin qarşısının alınması ilə bağlı çağırışlarına cavab olaraq hökumət başçısı qeyd edib: “Müdaxilə istənilən şəkildə şərh edilə bilər. Bizim Ukraynaya hərbi yardımımız Rusiya tərəfindən də müdaxilə kimi qiymətləndirilə bilər”, – Kallas qeyd edib.
Yeganə